Bir inanc var ki, Çin yaxşı məhsullarını özünə və seçdiyi xüsusi ölkələrə, keyfiyyətsiz istehsallarını isə dünyanın digər bölgələrinə ixrac edir. Bu məsələni mübahisələndirmədən, doğru olduğunu fərz edərək eynən Amerika, eləcə də qərb dünyasının demokratiya anlayışı ilə analogiya aparsaq qüsurlumu olar? Əslində olar. Öz ölkələrində insan haqlarına verdikləri qiymətlərin də zaman-zaman şahid oluruq. Corc Floyd hadisəsini xatırlatmağa ehtiyac varmı? Ya da Fransadakı nümayişlərə polisin o şəkildə müdaxiləsini? Bütün bunlara baxmayaraq özləri üçün normal işləyən sistemlərinin də şahidi oluruq.
Baydenin iqtidara gəlməsi ilə birlikdə ölkəmizdə olan bəzi müxalif güclər Amerikan demokratiyasına yenidən ümid bəsləməyə başladılar. Nə etmək olar? Ümid ən sonda ölür ifadəsini boş yerə işlətməyiblər axı. Ömürlərini qərb ölkələrinin səfirliklərinin qapısını aşındırmaqla keçirənlərdən, bütün ümidlərini Amerika və Avropadan gələcək sanksiyalara bağlayanlardan fərqli davranış gözləmək, əlbəttə, mənasız olardı. Baydenin inaqurasiya mərasimindəki cümlələrindən həyəcanlanan “yerli amerikanlarımız” iqtidara bu vasitə ilə təzyiq edə biləcəklərinə, hətta onu dəyişə biləcəklərinə inanırlar. İnanırlar kəliməsində ona görə israrlıyam ki, əks təqdirdə 30 ilə yaxın müddətdə belə avantürist işlərlə məşğul olmağın daha rasional izahını tapa bilmirəm. Bayden andiçmə mərasimində və seçki öncəsi çıxışlarında istifadə etdiyi “Təkrar demokratiyanın nə qədər dəyərli olduğunu öyrəndik. Demokratiya dəyərlidir, demokratiya zərifdir. Amerika yenidən bir daha dünyaya ümid işığı olacaq. Bundan sonra müttəfiqlərimiz də olsa, avtoritar ölkələrlə münasibətlərimizi yenidən dəyərləndirəcəyik”, - şəklində cümlələr qurması yerli və milli olmayanların gözünə işıq gətirmişdi. Gözdən qaçırdıqları bir neçə önəmli məqam var idi. Demokratiya bütlərinə çevirdikləri Amerikanın Azərbaycanda ən yaxşı münasibəti olan elə yenə bu adamların avtoritar adlandırdıqları Azərbaycan hakimiyyətidir.
Əgər Baydenin yuxarıda qeyd etdiyim “hətta müttəfiqlərimiz belə olsa” ifadəsinə güvənirlərsə, Ata Buş, Klinton, Obama və s. amerikan rəhbərlərinin andiçmə mərasimlərindəki vədlərini yenidən izləsinlər. Əslində bunlar xırda detallardır. Biri Amerikaya ümid edər, biri Rusiyaya, başqası Fransaya, bir başqası Mozambikə. Ən önəmli məsələ odur ki, yersiz-yurdsuz yurdçuların pənahı heç vaxt xalq olmayıb. Xalqla danışa bilməyiblər. Xalqın dilini bilməyiblər. Marginallaşmış müxtəlif qrupların hamısına “öpüş” göndərməyi xalqın dilində danışmaq zənn ediblər. Ey mənim, ateist, dindar, feminist, mühafizəkar, liberal qardaşlarım deməklə xalqın bütününə müraciət etmiş olmursan. Yerli və milli olmadığın müddətcə də bu torpaqlarda nəyəsə nail olmaq mümkün olmayacaq.
İqtidarın biz olmazsaq ölkə “Suriya, İraqa çevriləcək” tezisini dəstəkləyən mahiyyətdə addımlar atanlar elə məhz iqtidarın əlinə oynamırmı? Amerikan demokratiyasının Vyetnamda, Əfqanıstanda, Suriyada, İraqda nələr etdiyini yarıtmaz iqtidar dediyimiz hakimiyyət bu adamlardan dahamı yaxşı görməyi bacardı?
Baydenin prezident seçilməsindən bu qədər müddət keçməsinə baxmayaraq onu bu gün yenidən yazıda xatırlamağım, əlbəttə, boşuna deyil. Sizlərin də təxmin edə biləcəyiniz kimi Baydenin qondarma soyqırım haqqındakı ifadələridir. Baydenin işlətdiyi və ya bundan sonra işlədəcəyi ifadələrin məğzi nə olmağından aslı olmayaraq amerikalıların bizlərə olan münasibətini yaxşı bilirik. Türkiyə Cümhuriyyəti xarici işlər naziri Cavuşoğlunun da dediyi kimi: ”Kəlimələr tarixi dəyişdirə bilməz və yenidən yaza bilməz. Öz keçmişimiz haqqında kimsədən öyrənəcəyimiz bir şey yoxdur. Siyasi opportunizm, sülhə və ədalətə qarşı ən böyük xəyanətdir. Tamamən populizmdən ibarət olan bu açıqlamanı rədd edirik”. Cavuşoğlunun olduqca yerində olan bu açıqlamalarından sonra Türkiyənin eyni zamanda adekvat addımlar atacağı istisna deyil.
Ümidini “Amerikanski” demokratiyaya bağlayanlar, Baydendənsə Ərdoğanı, Cavuşoğlunu, Türkiyəni izləsinlər. Çünki artıq bu coğrafiyada “qrantlar”ın deyil, yerli və milli olanların diqtəsi keçəcək.