KAMAL İLHAMOĞLU

Türkiyədə müxalifət daha çox seçkini saxtalaşdıra bilər nəinki iqtidar

Türkiyədə müxalifət daha çox seçkini saxtalaşdıra bilər nəinki iqtidar

KAMAL İLHAMOĞLU
Türkiyədə 2 gün sonra keçiriləcək seçkilərdə ölkəmizdə hər kəs öz tərəfini bəlli edir. Artıq seçkilərdə son döngəyə girildi. Dünən Məhərrəm İncənin namizədlikdən çəkilməsindən sonra yeni statistikalar ortaya çıxdı. Mən həm tərəfimi həm də düşündüyümü bəlli etmək üçün qeyd edirəm ki, seçkilərin 1-ci turda həll ediləcəyinə inanlardanam.

Əlbəttə ki, münəccim deyiləm və ilahi bir bilgiyə sahib deyiləm. Bəs nəyə əsaslanıb proqnoz veririk?
1. Xalq arasında olan psixoloji, sosiolojik vəziyyətə.
2. Anket şirkətlərinin paylaşdığı datalara. Məsələn, "Argetus" "Genar" "KONDA" "ORC" və s.kimi anket şirkətlərini nəzərdə tuturam.

Bir sözlə mən seçkilərdən Ərdoğanın xeyrinə 2 nəticə gözləyirəm. Birinci nəticə 50.6, ikinci nəticə 53.6. Bu həm gözlədiyim həm də istədiyim nəticədir. Yuxarıda da qeyd etdiyim kimi söylədiklərim mütləq olacaq deyə birşey yoxdur. Eyni zamanda keçmiş Türkiyə rəhbərlərindən birinin də dediyi kimi "Siyasətdə 24 saat çox uzun bir vaxtdır.
Seçkilərin saxtalaşdırılması ehtimalı ilə bağlı nə deyə bilərəm?

Konyanın Dərbənd bölgəsində (ilçə) CHP bölgə təşkilat sədri Saleh Çakıllıkoyakın avtomobilində prezident və millət vəkili seçkilərində Kamal Kılıçdaroğlu və CHP-nin möhürü vurulmuş saxta bülletenlər tapılıb. Saxta bülletenləri çap edən mətbəənin sahibi, çatdırılmanı edən maşının sahibi və CHP rayon sədri haqqında tədbir araşdırma başlanılıb. Bunlar elə bilirsiniz seçki qutusuna atılmaq üçün edilir? Əksinə seçkidən sonra bunları şəhərin müxtəlif yerlərində zibil qutularına atacaqlar və qışqır bağır salacaqlar ki, Kılıçdaroğlunun səsləri oğurlanıb, zibil qutularına atılıb! "Şeytanın" ağılına gəlməyən bunların ağılına gələr!
Nəticə etibarilə ilə mən Rəcəb Tayyib Ərdoğanın qazanmasını istəyirəm. Bunun həm Türkiyə həm də Azərbaycan üçün faydalı olacağını düşünürəm!



Saxlanılan şəxslərdə tutulan saxta bülletenlər.


 

MÜƏLLİFİN DİGƏR YAZILARI