Bakıda qadın ərini yatan yerdə qətlə yetirdi


Martın 7-də saat 05 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində 1976-cı il təvəllüdlü Şıxəliyev Mahir Oqtay oğlunun yaşadığı evdə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmiş şəxsin arvadı 1980-ci il təvəllüdlü Şıxəliyeva Günay Arif qızının ailə-məişət münasibətləri zəminində Mahir Şıxaəliyevin yatmış vəziyyətdə olmasından istifadə edərək dəmir linglə onun baş nahiyəsinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.
Günay Şıxəliyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

İctimai Televiziyaya danışan ailənin qonşuları bildirib ki, M.Şıxəliyev spirtli içki aludəçisi olub. O davamlı olaraq həyat yoldaşı Ş.Şıxəliyevaya qarşı fiziki təzyiq göstərib.; “ Əri ona və övladlarına zülm edirdi.Hətta qabırğalarını belə sındırmışdı. Dəfələrlə yardım üçün qonşularına müraciət edib”.
13024

DİGƏR XƏBƏRLƏR