Lotu Qulini 4 güllə ilə öldürdülər


Kriminal aləmin lideri, Lotu Quli ləqəbli Nadir Səlifov sui-qəsd nəticəsində Antalyada öldürülüb. Bu məlumatı kriminal avtoritetin yaxınları da təsdiqləyiblər.

Təfsilat barədə məlumat çox azdır. Musavat.com-un məlumatına görə  tətiyi çəkən onun öz yaxınlığındakı adam, Xan ləqəbli kriminal avtoritetdir. Xan son zamanlar Qulinin öz təşəbbüsü ilə onun yaxın əhatəsinə daxil olub.

Sui-qəsdçinin yaralanması barədə məlumatlar var. Həmin məlumatlarda iddia olunur ki, yaralanmasına baxmayaraq, Xan hadisə yerindən qaça bilib.

Qeyd edək ki, bütün bunlar ilkin məlumatlardır. Ona görə də bəzi detalların yanlış olması mümkündür.

Əlavə bilgiləri bölüşəcəyik.
Musavat.com

9855

DİGƏR XƏBƏRLƏR