Bakıda FACİƏ: Təmizlik şirkətinin işçisi 19-cu mərtəbədən yıxılıb öldü

Bakıda təmizlik işçisi faciəvi şəkildə ölüb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsi 79 ünvanında yerləşən 24 mərtəbəli binada baş verib.

Həmin binanın 19-cu mərtəbəsində şüşələri təmizləyən təmizlik.az şirkətinin əməkdaşı 27 yaşlı Səid Hüseynli ehtiyatsızlıqdan yıxılaraq ölüb.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

7034

DİGƏR XƏBƏRLƏR