AĞ Partiya Xanımlar Təşkilatı Hacı Şahinin yas mərasimində iştirak etdilər.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin bu gün üç mərasimi keçirildi.
Agxeber.com bildirir ki, mərasim 4 mart tarixində saat 10:00-dan axşam saatlarına qədər Heydər məscidində keçirilir. AĞ Partiya xanımları yas mərasimində iştirak etdikdən sonra mərhumu “Qurd qapısı” qəbiristanlığında ziyarət ediblər və ruhuna dualar səsləndiriblər.
Qeyd edək ki, martın 2-si səhər saatlarında tanınmış din xadimi Hacı Şahin Həsənli dünyasını dəyişib. 48 yaşlı ilahiyyatçı ürək tutmasından həyatını itirib.