Fəvvarələr meydanında siyasi məhbus "Saleh Rüstəmliyə azadlıq" tələbi ilə keçirilən aksiyada iştirakçılara qarşı qeyri-dekvat güc tətbiqini və zorakılığını AĞ Partiya olaraq şiddətlə qınayırıq. Aksiya zamanı müxalif siyasətçi Tofiq Yaqubluya qarşı törədilən işgəncə faktının araşdırılmasını, buna əmr verənlərin və icra edənlərin təcili tapılmasını və cəzalandırılmasını tələb edirik. Hüquqi dövlətdə müxalifətçilərə, əks fikirli vətəndaşlara qarşı bu cür davranılmamalıdır. Bu hadisə həmçinin son müddətdə başladılan dialoq prosesinə də ictimayyət nəzdində ciddi zərbə vurmuş olur. Dünənki rüsvayçı hadisə beynəlxalq siyasi meydanda dövlətimizin əleyhinə düşmənlərimiz tərəfindən istifadə ediləcək.
AĞ Partiya bir daha bəyan edir ki, Fəvvarələr meydanında aksiya iştirakçılarına qarşı vəhşilik törədilənlər tapılıb, həbs edilib, qanun qarşısında cəzalandırılmalıdır!