İndi də İcra nümayəndəliyində lotular peyda olub - Tanınmış jurnalist təhdid olunur

Sayt rəhbəri Şamaxıda baş verənlərlə bağlı yazıya görə təhdid olunur – DİN-ə MÜRACİƏT
“Təhdidlərə məruz qalmağımın səbəbi sosial şəbəkə hesabımda işıqlandırdığım Şamaxı Rayon İcra Hakimiyyətinin ərazi və yerli özünüidarəetmə şöbəsinin müdiri Mərdan Nəhmətovla bağlı redaksiyamıza ünvanlanan şikayət üzrə araşdırma aparılaraq paylaşdığım yazı olub. Mərdan Nəhmətov və onun əlaltıları hesab edirlər ki, mən bu araşdırmanı durdurmalıyam. Buna görə bu gündən whatsapp vasitəsilə mənə təhdid və təhqir dolu zənglər daxil olur. Hətta saxta profillər vasitəsilə hədə-qorxu gəlirlər."

Bunu “Agxeber”ə tanınmış jurnalist Fadil Paşayev deyib.

Jurnalistin sözlərinə görə, bu gün - martın 27-də səhər saatlarında Şamaxı Rayon İcra Hakimiyyətinin ərazi və yerli özünüidarəetmə şöbəsinin müdiri Mərdan Nəhmətovun əlaltıları +1 (878) 258-4184 nömrəsindən whatsapp vasitəsilə zəng edərək təhqirlər səsləndirib: “Təbii ki, onlara fikir vermədim, sadəcə, qərar verdim ki, bu məsələni ictimailəşdirim. Və sosial şəbəkə üzərindən də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət də etdim. Əgər təhdidlərin ardı-arası kəsilməsə rəsmi olaraq da müraciət edəcəyəm. Bu, şəxsi məsələ deyil, elə olsaydı, bunu ictimailəşdirməzdim. Mən yazıya görə təhdid edilirəm. Elə ağır ifadələr işlədiblər ki, dilimə alıb səsləndirə bilmirəm. Bütün səs yazılarını qeydə almışam ”.

O, onlara vaxt ayırmayacağını qeyd edib: "Hüquqi müstəvidə hər hansı addım atmaq fikrim yoxdur. Müxtəlif bölgələrdə tədbirlərdə və ya məlumatlarla bağlı səyahətlərdə oluram. Yəni işim çoxdu. Hansısa İcra başçısına və İcra nümayəndələrinə qarşı kampaniya aparmamışam, sadəcə bu mənim işimdi yazı yazmışam. Təbii ki, bundan sonra da yazacağam".  

Qeyd edək ki, jurnalistin təhqir edilməsi heç bir halda zəruri görülməməlidir. Jurnalistin yazdığı yazıya görə təhqirə, hədə-qorxuya məruz qalması əsla yolverilməzdir. Belə xoşagəlməz hərəkət dövlət məmuru və ona yaxın çevrəsi tərəfindən həyata keçirilməsi çox böyük təəssüf doğurur. 

Onu da bildirim ki, qarşı tərəfin əks aqrument ortaya qoymaması məsələni həqiqət kimi qəbul etməyə əsas verir. Jurnalistin yazdığı yazıya görə təhqir olunması, hədələnməsi həm davranış qaydalarına, həm də qanunlara ziddir. Jurnalistin fikrini qəbul etməmək, ona sivil qaydada etiraz bildirmək olar. Düşünürəm ki, buna xüsusən dövlət qurumlarının təmsilçiləri həssas yanaşacaqlar. Bu həssaslıq yalnız etik məsələ deyil, eyni zamanda idarəçilik bacarığı və qabiliyyətidir”.

***

Sözügedən yazı linkdə - https://konkret.az/samaxida-ne-bas-verir-sensasion-detallar-fotolar/

Şəfa Rasimqızı
5694

DİGƏR XƏBƏRLƏR