Bu gün Ağ Partiya Sumqayıt şəhər təşkilatının növbəti iclası keçirildi.
Ağxeber.com bildirir ki, görüşün başlıca səbəbi partiya sıralarına yeni üzv olan şəxslərlə tanışlıq idi. Tədbirdə Ağ Partiya Mərkəzi Aparatının təbliğat işləri üzrə rəhbəri Yusif Müzəffəroğlu da iştirak edib. Eyni zamanda təşkilatın sədr müavinlərinə yeni vəsiqələrin təqdimatı və rəhbərliyin qarşıda qoyduğu məsələlərin həlli yolunda geniş müzakirələr aparıldı.
T.Ş.