İranın ali-dini lideri Əli Xamanei nəhayət Azərbaycanın əraziləri barədə danışıb, yarı açıq, yarı qapalı. İttihamlar da edib.
Beynəxalq sərhədlərin pozulmamasına vurğu edib. Hər halda arada Zəngəzurun qaynayıb it-bat olmasından və İran-Erməni sınırının tarixə qarışmasından ehtiyat edirlər. Və yenə də bölgədə "terrorsitlərin" varlığından söz açıb ufaqdan təkərimizə çomaq uzatmağı da ihmal etməyib...
Nəhayət 30 ildən sonra o bildirib ki, "Bu torpaqlar Azərbaycana aiddir və Azərbaycan öz torpaqlarını azad etməyə haqlıdır."
Xarici İşlər Nazirliyimiz də onun bu fikirlərini təqdir edərək müsbət dəyərləndirib.
Lakin, bəlkə də çox adamın diqqət etmədiyi məqamlar da var.
Ə.Xamanei həm də bildirib ki, "Baxmayaraq ki, bəzilər inkar edirlər, amma terrorçuların müxtəlif yerlərdən gətrilməsinə dair tutarlı dəlillər var. Ehtiyyatlı olmaq lazımdır ki, terrorçular bizim sərhəddə yerləşdirilməsin, tədbir görərik."
Burada konket ad çəkmir ancaq İranla sərhəd deyəndə hara nəzərdə tutulur? Axı İranla sərhəd artıq Azərbaycanın nəzarətindədir, ordumuz oraları işğalçılardan təmizləyib.
Deməli, Ə. Xamaneinin "terrorçular İran sərhəddinə yerləşdirilməsin" ittihamı bizə aid olur. Əli Xamaneinin "İran sərhəddinə terrorçular gətirilir" fikrini bizə aid edibsə tamamilə yanılır.
Hansı əsasla, hansı sübutla? Ümumiyyətlə kimlərsə Azərbaycana terrorçu ittihamları edirsə bu tamamilə yalan və böhtandır.
Prezident İlham Əliyev də terrorçu iftirasını atanlardan fakt tələb edib, heç kim fakt göstərə bilməyib. Çünki, məhz Azərbaycan ordusunun rəşadəti sayəsində İranla qonşu olan rayonlarmız və dögər rayonlarımız işğalçılardan təmizlənib.
Bizə, "terrorçular gətirilib" böhtanını atanlar Fransa, Rusiya və Ermənistan idi. İran da bu böhtan zəncirinə qoşulursa Azərbaycan xalqı bu pisliyi unutmaz.
Hər kəs anlamalıdır ki, torpaqlarımızı azad edən Azərbaycan əsgəridir, ordusudur, terrorçular deyil. Bizim terrorçulara ehtiyacımız yoxdur. Terrorçuları Ermənistan istifadə edir.
Təssüf ki, Xamanei heç Gəncəyə, Bərdəyə və digər bölgələrimizə terrorçu ermənilərin atəşlər nəticəsində indiyədək öldürülən 91 mülki vətəndaşımıza və cəbhədə şəhid olan əsgərlərimizə rəhmət də diləməyib. Hələ İranın heç humanitar yardım göstərmədiyini də demirəm. İranı tənqid etməyə ən çox bizim haqqımız var. Bunun səbəblərini də hər kəs yaxşı bilir...
Halbu ki, Türkiyədəki məscidlərdə tez-tez Azərbaycanın uğur qazanması və şəhidlərimizun ruhu üçün dualar edilir.
Azərbaycan XİN İranı neytrallaşdırmaq, müharibə getdiyi dövrdə İrandan özümüzə əlavə cəbhə açmamaq üçün doğru mövqe göstərdi.
Rəşadətli ordumuz heç kimin sözünə, mövqeyinə fikir vermədən cəbhədə irəliləyir. Qələbə bizimdir. İnşallah zəfər Azərbaycanındır.