CAVİD HACIBƏYLİ

"Türkiyə seçkilərindən bizə nə" deyənlərə. Türkiyə bizim canımızdır!

"Türkiyə seçkilərindən bizə nə" deyənlərə. Türkiyə bizim canımızdır!

CAVİD HACIBƏYLİ
"Türkiyədən bizə nə, türk xalqının istənilən halda seçiminə hörmət etməliyik, onların daxili işlərinə qarışmamalıyıq" deyənlər ya bilərəkdən, ya da bilməyərəkdən Türkiyənin yenidən Amerikanın, imperalist-şər qüvvələrinin boyunduruğu altına girməsinə göz yumur.

Keçmişdə Türkiyənin başında duranlar elə bu "daxili işidir" anlayışına görə Azərbaycanı yalnız buraxmışdı, torpaqlarımız ona görə işğal olunmuşdu, insanlarımız ona görə çarəsiz buraxılmışdı.

Əlbəttə bizim Türkiyədəki seçkilərdə səsvermə hüququmuz olmasa da, siyasi proseslərə münasibət bildirmək haqqımız var. Bu haqqı heç kim əlimizdən ala bilməz.
Türkiyə bizim qardaş dövlət və rəsmi müttəfiqimizdir, orada baş verənlərə münasibət bildirmək təbiidir.

Okeanın o biri tayından, Amerikanın dövlət başçısı bir verlişə çıxıb açıqca Türkiyənin daxili işlərinə qarışır, yön verməyə çalışır, müttəfiqlərimizi dəstəkləyirik deyir, həyasızcasına Ərdoğanın seçilməsinin qarşısını almalıyıq deyir. Baydenin müttəfiq dediyi terror təşkilatı PKK-dır və PKK-nın dəstəklədiyi Millət ittifaqı və onun namizədidir.

Avropanın jurnallarının, qəzetlərinin arxasında duran qüvvələr açıq şəkildə Türkiyədəki seçkilərə mediaları vasitəsi ilə əməliyyatlar keçirir, Ərdoğanın məğlubiyyəti üçün manşetlər atılır, qapaq şəkillərində Ərdoğanı indidən "diktator" çıxarırlar ki, keçmişdə də seçkilərlə dəyişdirə bilmədikləri siyasi liderləri belə manşetlərlə qaralayırdılar ki, çevrilişlə və ya üsyanla dəyişdirilməsinə zəmin yaratsınlar.

İndi C.Bayden Türkiyənin daxili işlərinə, seçkilərinə müdaxilə edə bilər, Avropanın müstəmləkə mediası manşetlər ata bilər, PKK terror təşkilatının qurucuları bəyanatlar verə bilər amma biz ürəyimizlə qardaş Türkiyəmizdəki proseslərə münasibət bildirə bilmərik?
Necə ola bilər ki, 44 günlük müharibədə də hər gün bizim yanımızda olan Türkiyə yönətiminə dəstək verməyək? Dəstək verib verməmək bir yana, hər kəs öz vicdanı ilə yanaşsın amma münasibət bildirmək bizim haqqımızdır.

Türkiyədəki 14 may seçkiləri "100 ilin" seçkiləridir. Gözlərimizin önündə bütün şər qüvvələri Türkiyədəki seçkilərdə mövcud iqtidara qarşı səlib yürüşü açıb. Təsəvvür edin, PKK təşkilatı tarixin ən qanlı terror təşkilatlarındandır. 50 min əsgər və sivil insanı öldürüb. Türkiyə dövləti siyasi və iqtisadi çətinliklərin və daxildəki agentura şəbəkəsinin böyüklüyü ucbatından PKK-ya qarşı ciddi mübarizə apara bilmirdi. Lakin son 7 ildə, 2016-cı il çevrilişə cəhddən, yəni FETÖ zərərsizləşdiriləndən sonra TSK böyük güclə PKK-ya qarşı sarsıdıcı zərbələr endirdi və endirir. Bu ilin aprel ayına ona məlumata görə Türkiyə daxilində 84 terrorçu qalıb. Bundan dolayıdır ki, PKK-nın 5 qurucusundan əsasən 2-i açıq və rəsmi şəkildə seçkilərdə Millət ittifaqının namizədi Kemal Kılıçdaroğlunu dəstəkləyirlər. Bu sıradan bir hadisə deyil. 50 min Türk vətəndaşının qatilləri çıxıb belə dəstək açıqlamaları verir. Soyuq qanlı olmaq mümkün deyil. Dağdakı vəhşilər, qatillər çıxıb demokratiyadan, seçki sandığından danışır.

Əlbəttə "daxili işləridir" anlayışı ilə Türkiyədəki proseslərə susanlar da var. Amma hər kəsin bir duruşu, bir tərəfi olsa yaxşıdır.
Mənim tərəfim Recep Tayyip Erdoğan və Cumhur ittifaqıdır. Türkiyə bizim canımızdır. Canımıza bir zərər gəlməsini istəmirik. Ona gələn zərər bizə gələr. Necə ki, çox gəlib.

MÜƏLLİFİN DİGƏR YAZILARI