CAVİD HACIBƏYLİ

Düşmən saxta profillərdən içimizdə məğlubiyyət təbliğatı aparır, ayıq olun!

Düşmən saxta profillərdən içimizdə məğlubiyyət təbliğatı aparır, ayıq olun!

CAVİD HACIBƏYLİ
Bəzən hansısa “Facebook” səhifəsində İyul döyüşləriylə bağlı şərhlərə nəzər salanda görürsən ki, bəzi profil istifadəçiləri girib yazır ki, biz məğlubiyyətə uğradıq, biz uduzduq, biz çox itki verdik, biz çox itirdik və s. Bunları yazanlar ən çox da şəhidlərimiz üzərindən yazırlar. Yəni, şəhidlərimizi göstərərək, özəlliklə şəhid generalımızı, polkovnikimizi göstərərək məğlubiyyətə köklənən şərhlər yazaraq ahu-zar edir, fəğan qoparır. Girib həmin profillərə baxırsan ki, çoxunu kimliyi bəlli deyil, anonim profildir. Yəni istifadəçinin kimliyi bəlli deyil. Buna da saxta profil deyilir. Belə profillərin məğlubiyyət şərhləri, təbliğatı yazmaqdaqda məqsədləri nədir?
 
Aprel döyüşlərində də belə saxta hesablardan yazıb ruh düşkünlüyü yaradırdılar. Halbu ki, aprel döyüşlərində bizim əsgərlərin çəkdiyi videolardan da görünürdü ki, düşmən sənglərlərinə girmiş döyüşçülərimiz onlarla düşmən hərbçisini yerə sərib. Biz bunu yaymaq əvəzinə qəhrəmancasına döyüşüb şəhid olan igidlərimizə görə ruh düşkünlüyünə qapılmamalıyıq! Bu şəhidlərimizin ruhunu də incidir...
 
Bu tip anonim profillərdən yazılan şərhlər bilərəkdən və ya bilməyərəkdən insanlarda ruh düşkünyülü, insamsızlıq yaratmaq üçün yazılan şərhlərdir, fikirlərdir. Əvvəla 12 iyul müharibə deyildi, döyüş idi. Müharibə ilə döyüşü fərqləndirmək lazımdır. İkinci də döyüşlərdə itki vermək uduzmaq anlamına gəlmir.
 
Generalımız, zabitlərimiz hər şeyi gözə alaraq döyüşə girirlər. Həmin profillərin arxasında duranlar, siz onlardan nə ağıllısınız, nə cəsarətlisiniz nə də vətənpərvər. Odur ki, yazdığınız şərhə diqqət edin, dərhal ahu-zar etməyin, fəğan qoparmayın. Biz bundan da böyük, bundan da çox itki vermişik amma cəsarətli qəhrəmanlaırmız bitdimi? Əsla bitməz! Çünki, iman, inam, cəsarət hər şeytə yetər!
 
Bunun bariz nümunəsi kimi yayılan məlumatlara  görə Ermənistanda Azərbaycana qarşı istifadə edilmək üçün xüsusi qruplar yaradırlar ki, həmin qruplara hətta Azərbaycan dilini də öyrədilər. Məqsəd də odur ki, həmin qruplar sosial şəbəkələrdə azərbaycanlı adlarında hesablar yaradaraq, Azərbaycan dilində uydurma, yalan, dezinformasiya yaysınlar və bununla da xalqımızı vahimə, qorxu içində saxlasınlar.

Yaradılmış həmin saxta profillərlə Azərbaycan tərəfindən itkilərin guya çox olduğunu, guya hansısa əraziləri itirdiklərini, guya onlarla hərbçi şəhid verdiklərini yayırlar. Təbii ki, bunlar dezinformasiyladır. Lakin təssüf ki, hər kəs diqqətli deyil, ona görə belə yalanlara inanan adamlar da az olmur və beləliklə düşmənin panika yaratmaq cəhdinə alət olurlar. Doxsanıncı illərdə düşmən belə şayiələri başqa üsullarla yayırdılar. İndi də sosial şəbəkələrdə.

Məsələn, Tofiq Azəri adlı profildən yazılıb ki, filan bölgəni ermənilər alıb, onlarla şəhidimiz var, biz məğlub olmuşuq. Kənardan baxan insan ilk baxşından düşünər ki, bu Tofiq Azəri canıyananlıq edir, öz şəhidlərini düşünür. Ona görə Tofiq Azərnin yazısı bir də görürsən ki, gündəm olub, hamı onu paylaşır. Bununla da mənfur düşmənlərimizin kiber toruna düşürlər. Çünki, həmin saxta profillər xalqda qorxu, ruh düşkünlüyü, məğlubiyyətlə barışmaq üçün həqiqətə uyğun olmayan məlumatlar paylaşırlar. Mən demirəm bütün məyyusluq şərhi yazan profillər düşməndir lakin əminəm ki, düşmənlər az deyil. Diqqətli olaq. 

Ümumiyyətlə müasir dövr üçün sosial şəbəkələrdən kiber hücumlar, fikir yönləndirmək, panika salmaq və s. üçün çox istifadə edilir. İstənilən düşmənimiz bizlərə aid olan adlardan biriylə saxta profil açaraq, internetdə bizim dilə tərcümə edərək istənilən yalanı, panikanı yaya bilər. Ona görə hər kəs diqqətli olmalıdır, hər yayılan, hər yazılan məlumata inanmamalıdır. Axı Allah hamımıza şüur verib, bizim hər bir məlumatı dəqiqləşdirmək, həqiqətə uyğun olub olmadığını öyrənmək imkanlarımız var. Niyə dərhal yayılan hər hansı məlumatın yaratdığı panikaya, fitnəyə uyaq?!

Belə bir söz var- “Su uyuyar, düşmən uyumaz.”  Bəli, düşmən uyumaz, düşmən yatmaz, düşmən hər zaman fitnə salmaq üçün iyrənc üsullardan, xain əməllərdən, insanlıqdan uzaq işlərdən əl çəkən deyil. Belə olduğu halda bizim yatmağa, uyumağa heç bir haqqımız yoxdur! Biz daim ayıq olmalı, düşməni izləməli, düşməni yaxşı öyrənməli və ilk fürsətdə ona zərbə vurmaq üçün plan qurmalıyıq. İstər hərbi sahədə, istər siyasi, istərsə də sosial şəbəkələrdə.
 
Düşmənimiz qorxaqdır, qorxaq olduğu üçün də böyük dövlətlərin maşasına çevriliblər, onlarsız bir iş görə bilmirlər. Tarixən də belə olub, indi də belədir. Yoxsa Ermənistanın dövlət olaraq, xalq olaraq nə cəsarəti nə də gücü bizə yetər. Onlar bizim zəif zamanımızdan, içimizdə ayrı düşdüyümüz, bir-birmizi ittiham ediyimiz zamanmımızda zərbə vurublar. Düşmən saxta profillərdən içimizdə məğlubiyyət təbliğatı aparır, ayıq olun! Ona görə ayıqlığımızı, birliyimizi hər daim qorumalıyıq. Allahınız izniylə biz qalib gələcəyik.
 
 
 

MÜƏLLİFİN DİGƏR YAZILARI