Mən neçə vaxtdır müşahidə edirəm ki, bütün iş elanlarında 18-35, yaşa gədər işçi tələb olunur yazılır.
Burda sual yaranır, əgər 35 yaşından sonra vətəndaş iş qabiliyyətinə malik deyilsə o zaman niyə pensiya yaşı 35+ yaşdan sonra verilmir? Məntiqi baxımdan gərək onda belə bir addım atalar.
Mən bunu lap rəsmi olaraq desəm, yəni müraciətlər əsasında danışsam gərək burada yazıda nöqtəni qoymayam. Çünki çoxlu sayda insanların şikayət etdiyi məsələlərdən ən çoxu elə toxunduğum mövzudu yəni işsizlikdir. Vətəndaşlar bildirirlər ki, işəgötürənlərin tələbləri bitmir. İş elanlarına baxdıqda da görürük ki, çox zaman yaş həddi olaraq 30-35 yaş müəyyən edirlər. Çox zaman da işə götürərkən qadın namizədə üstünlük verilir. Bu hal iş elanlarında da əks olunur. Qanunvericiliyimizdə bu hal gender bərabərliyi hüququnun pozulması deməkdir. Lakin qadın namizədlər üçün də yaş həddi 30 yaşa kimi olur.
Bəs vətəndaşlar necə iş tapsın? İşəgötürənlərin belə davranmasına səbəb nədir?
Mən çox istərdim ki, mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, aidiyatı üzrə qurumlar, İnsan Resursları Layihələri üzrə mütəxəssislər açıqlama versinlər. Çünki bu mövzu hazırkı zamanın aktual movzularından biridir. Mən şəxsən yaş həddinin 35 yaşa kimi olmasını doğru hesab etmirəm. Sahəsindən asılı olmayaraq yaş təcrübə deməkdir. Uğurlu insanların yaşı artdıqca daha çox təcrübə qazandıqlarının şahidi olmuşuq. Bir çox sahələrdə təcrübə böyük önəm kəsb edir. Bəzi ixtisaslarda, bəli, yaş önəmlidir. Amma zənnimcə bu yaş həddi 35-40 olmalı deyil. Bu məsələyə işəgötürənlərin təcrübə və uyğunluq meyarı ilə baxmaqlarını daha doğru hesab edirəm. Yaş, cins, burada seçim olmalı deyil. Yaşı çox olub daha enerjili ola bilər. Elə xanımlar var ki, bəylərdən daha bacarıqlı ola bilər. Elə bəylər var ki, xanımlardan daha yaxşı iş görə bilər. Əsas vakansiya tələbləri və namizədin bilik və bacarıqlarının uyğun olmasıdır.
Az öncə qeyd etdiyim gender (kişi və qadın) bərabərsizliyinə, təəssüf ki, hələ də, bu kimi yanaşmaların olmasını eşidirəm. Bu hallar daha çox işə qəbul zamanı rast gəlinir.
Qeyd edim ki, Azərbaycan Respublikasının qanunlarına əsasən də deyə bilərəm ki, ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin edilməsi qəti yolverilməzdir.
Ağ Partiya / Xanımlar Təşkilatının Sədri: M. Amirova