Nabran yoxsa Afrikanın cəngəllik meşələri?...

No description available.
Bu dəfə Azərbaycanın ən məşhur istirahər zonalarından biri olan Nabrandan danışmaq istəyirəm. İlk mənzərədən demək olar ki, Nabran sovet vaxtından necə qalıbsa elə həmin şəkildə özünün miskin günlərini yaşayır. İndi də burada yolların, çimərliklərin ətrafını köl-kös, qamışlıq basıb. Yollar qaranlıq, heç bir işiqlandırma sistemi də yoxdur ki, sakinlər və turistlər əziyyət çəkməsin. Elə bil Afrikanın cəngəllik meşələrinə daxil olursan. “Dostluq” istirahət mərkəzindən başlamış düz “Orman” İstirahət mərkəzinə qədər yol bərbad gündədir. Böyük avtobuslar “Xəzər” istirahət mərkəzinə gedə bilmir, turistlər yarı yolda ( dəniz sahilində) düşməyə məcbur qalır, qalan yolu isə əlavə pul ödəyərək taksi xidmətindən istifadə etməli olurlar. Kiçik maşınlar isə dəniz kənarından getməyə məcbur olur. Bu məsələ ilə bağlı nə qədər şikayətlər olsa da, nəzərə alan yoxdur.

Beləliklə Nabran “öz turistlərini itirir”. Hələ sahil boyu baş alıb gedən antisanitariyanı demirəm. Bu sahillərdə bir ekoloji drama yaşanır desəm yumuşaq səslənə bilər. Bəlkə də burada ekoloji müharibənin son görüntüləridir, desəm daha məqsədə uyğun olardi. Təmizlik mərkəz hissələrdə, çimərlik hissələrdə nisbətən qənaət bəxş olsa da, üzü şimala doğru gedən hissələrdə vəziyyət dəyişir. Nabran çimərliyinin 3-cü "Yalama" adlanan ərazisində mal-qaranın çimərlikdə olması, məişət tullantılarının və çirkab sularının bir yerdə dəniz sularına qarışması diqqətimdən yayınmadı. Mal-qaranın Nabran çimərliklərində olması əvvəlki illərdə də dəfələrlə müşahidə olunub. "Xaçmaz rayonu Nabran bələdiyyə ərazisindəki çimərliklər istifadəyə yararsızdır". Yerli bələdiyyələr, aidiyyatı qurumlar bu məsələ ilə əlaqədar olaraq heç bir tədbir görmür. 31 oktyabr 2019-cu ildə Xaçmaza yeni icra başçı təyin edilib. Yerli sakinlər sevindi ki, bəlkə yeni gələn icra başçısı Elnur Rzayev Nabran yolunun düzlməsinə, və ümumiyyətlə Nabran ərazinin yenilənməsi işlərinə baxar. Amma təəssüf ki, heç bir dəyişiklik olmadı. "Təkcə Nabran bölgəsini qeyd etmək kifayətdir. Doğrudan da unikal, təbii məkandır. Əlbəttə ki, turizm infrastrukturu müasir standartlara cavab verməlidir. Əfsuslar olsun ki, hal-hazırda bu belə deyil. Mənim Nabrana son səfərim zamanı oradakı turizm imkanları ilə tanış oldum, gördüm ki, indiki Azərbaycanın səviyyəsinə uyğun gəlmir, bir çox istirahət mərkəzləri primitivdir, xidmət səviyyəsi də çox aşağıdır". Ümüd edirəm ki, Dövlət Turizm Agentliyi, Xaçmaz rayon İH, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilk növbədə Nabranın yolunu, daha sonra Nabranın yenilənməsinə dair işlər üzrə tədbir görəcək. Və gələn il bu kimi problemlər aradan qaldıralacaq.


Ağ Partiya Xanımlar Təşkilatının Sədri / Malvina Amirova 
16284

DİGƏR XƏBƏRLƏR