Ailələrdə çox uşaq olsun deyirik... - Gəlin həqiqəti bir daha hayqıraq

No description available.
Azərbaycan cəmiyyəti hər zaman çoxuşaqlı olmağı sevib.

Əvvəllər hətta ziyalı ailələrdə minimum 3-4 uşaq olub, amma bu gün 3-5 uşağa baxmaq çətindir.

Onlara yaxşı təhsil, yaxşı tərbiyə verə bilməyəcəyiksə, o uşaqları dünyaya gətirib niyə bədbəxt edək? Bu gün uşaq böyütmək maddi baxımdan çox çətindir. Rəcəb Tayyib Ərdoğan tövsiyə verə bilər. Amma kimin imkanı var 5 uşağı saxlamağa? Əgər baxa bilməyəcəyiksə, niyə o uşaqlara əziyyət verək? Təbii ki, hər valideyn uşaqlarının saglam böyüməsini istəyir, amma çox təəssüf ki, bu gün maddi baxımdan bu mümkün deyil.

"Əlbəttə ki, çoxuşaqlı olmaq gözəldir. Çünki 1 uşaq olanda o, evdə uşaq mühütünü görmür. Düzdür, baxçaya gedə bilər, amma yenədə nəticədə uşaq psixoloqiyasının formaşması üçün vacib olan mühütdə böyümür Bunun üçün dövlət çoxuşaqlı ailələrin arxasında durmalıdır, uşaqların qayğısını dövlət çəkməli, hətta qanunvericiliyə uygun xüsusi paketlər də olmalıdır. " Bizim uşaqlar təkcə bizim deyil, həmdə dövlətin övladlarıdır. Çünki sabah həmin uşaqların qapıları döyülərək orduya aparılacaq, onlar orda vətəni qoruyacaq. Ona görədə də dövlət mütləq şəkildə uşaq pulu verməlidir, onlara diqqət yetirməlidir.

Uşağına təhsil verib yolunu açıq edə biləcək olan valideynlərin dünyaya çox uşaq gətirməsində heç bir problem yoxdur. Əgər dövlət də uşaqpulu verəcəksə, bu gənc ailələrə dəstək olub onları çoxuşaqlı etməyə təşviq edə bilər. Amma buna görə dövlət normal uşaqpulu verməlidir, 100-150 (yüz və ya yüz əlli) manat yox.

Məlumdur ki, dünyanın bütün ölkələrində uşaqpulu təminatı vətəndaşlara ödənilir. Bu məbləğlər isə kifayət gədər çoxdur. Misal üçün Almaniya Avropada ən çox uşaq pulu ödəyən ölkələrdən biri kimi, ilk iki uşağa aylıq 219 avro, (470,34 azn) üçüncü uşağa 225 avro,(418,5 azn) dördüncü və s. uşağa 250 avro (475 azn) aylıq müavinət verilir. Onu da geyd edim ki, Almaniyada uşaq və gənclər üçün təhsil və səhiyyə pulsuzdur.

Rusiyada hamilə qadına hamiləliyin 6-cı həftəsindən doğuşadək aylıq 6.350 rubl (130 azn) pul ödənilir. Doğandan sonra uşaq 3 yaşına çatanadək ayda 11,300 rubl, (229 azn) 3-dən 7 yaşına kimi hər ay 8,475 rubl, (173 azn) 16 yaşına kimi isə ayda 5,650 rubl (115 azn) uşaq pulu ödənilir. Bundan əlavə doğulan hər vətəndaşı üçün dövlət 450,000 rubl (9.000 azn) dəyərində sertifikat verir, bu məbləği valideyn əmlaka yatıra bilər, ipoteka ilə ev alanda ilkin ödəniş kimi verə bilər. 3-cü uşaq üçün isə torpaq sahəsi və yaxud ev verilir. Ondan əlavə şaqların 1 yaşına kimi əlavə qidası, bezi, meyvə püreləri, südü hər ay dövlət tərəfindən verilir. Əgər uşağa baxmaq üçün normal uşaqpulu veriləcəksə, dövlət uşaqların qayğısını çəkəcəksə sözsüz ki, bu ailələrə dəstək ola bilərlər".


Ağ Partiya - Xanımlar Təşkilatının Sədri /Malvina Amirova/
15741

DİGƏR XƏBƏRLƏR