“Yoluxanların sayı artdığı üçün hazırda boş çarpayı yoxdur...” - Video

“Yoluxanların sayı artdığı üçün hazırda boş çarpayı yoxdur...”
 

Azərbaycanda koronavirusa yoluxmuş xəstələrin müalicə olunduğu xəstəxanadan reportaj yayımlanıb.

“Qafqazinfo”nun AzTV-yə istinadən verdiyi xəbərə görə, hazırda virusa yoluxmuş xəstələr əhaliyə müraciət edərək “evdə qalmaq, burada olmaqdan yaxşıdır”, “evdə olun ki, burada olmayın” deyə çağırış ediblər.
Çəkiliş zamanı xəstələrdən birinin vəziyyətinin ağırlaşmasına həkimlər dərhal müdaxilə ediblər. Bununla da həkimlər başqalarını xilas etmək üçün öz həyatlarını riskə atır, hər an ölüm-dirim savaşı aparırlar. 

Müxbir Vüsal Qaraca bildirib ki, bir neçə gün öncə reanimasiya otağında xəstə sayı az olsa da, hazırda heç boş çarpayı yoxdur.

Koronavirus xəstəsi Rüfət Ələsgərov bildirib ki, boğulma hiss etdiyi üçün həkimə müraciət edib: “Yəqin ki, haradasa səhv etdik ki, belə oldu. İnsanlara tövsiyə edirəm ki, özlərini qorusunlar. Xəstə axını xəstəxananın qəbul imkanlarını aşarsa, biz kimin yaşayacağı, kimin öləcəyinə qərar vermək məcburiyyətində qalacağıq”. 

TƏBİB-in Müalicə işləri üzrə koordinatoru Fərrux Sədirov bildirib ki, son bir həftədə xəstələrin sayı və ağırlıq dərəcəsi artıb: “Bu artım həndəsi silsilə ilə davam etsə, çox çətin olacaq. Xahiş edirəm, sosial məsafəni gözləyin, gigiyena qaydalarına əməl edin”.  

Reportajda görünür ki, bir xəstə üçün 10-a yaxın mütəxəssis çalışır.

Həkim Gülarə Abbasova deyib ki, xəstələrin hər an ürəyi dayana bilər: “Belə xəstələr üçün hər saniyə önəmlidir”.

Tibb bacısı Xanım Babayeva deyib ki, artıq xəstələrin müalicəsi ilə məşğul olduğu üçün 40 gündür iki azyaşlı övladı ilə görüşə bilmir: “Balaca övladım iki yaş yarımlıqdır. Ancaq onlayn əlaqə saxlaya bilirik. Amma bir ana üçün bu çox çətindir”.

Koronavirusdan sağalmış xəstə Almaz Ağayeva deyib ki, 6 gün komada olandan sonra həkimlərin səyi nəticəsində xilas olunub.

7495

DİGƏR XƏBƏRLƏR