Mayın 20-dən etibarən səhiyyə turizmi çərçivəsində Azərbaycan da daxil olmaqla 31 ölkədən xəstələrin Türkiyədə müalicəyə gətirilməsinə başlanacaq.
Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi açıqlama verib. Bildirilib ki, Türkiyəyə müalicə üçün gələn pasiyentlər özləri ilə birlikdə ən çox iki nəfər gətirə bilərlər. Səhiyyə turizmi çərçivəsində ölkəyə daxil olan bütün şəxslər koronavirus testindən keçiriləcək. Həmçinin səyahət zamanı koronavirusun yayılmasına qarşı sosial məsafə qaydaları və digər sanitar qaydaların tətbiq olunacağı da qeyd olunub.
Siyahıya daxil olan ölkələr: Azerbaycan, İraq, Liviya, Gürcüstan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Yunanıstan, Ukrayna, Rusiya, Cibuti, Əlcazair, Kosova, Makedoniya, Albaniya, Bosniya və Herseqovina, Rumıniya, Serbiya, Bolqarıstan, Moldova, Somali, Küveyt, Qətər, Bəhreyn, Oman, Almaniya, İngiltərə, Niderland, Pakistan, Qırğızıstan.
"Qafqazinfo"