Azərbaycanda indiyədək 2758 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avropa.info-ya verilən məlumata görə, onlardan 1789 nəfər müalicə olunaraq sağalıb, 35 nəfər vəfat edib, 934 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 30 nəfərin vəziyyəti ağır, 44 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.