Neft kəməri ətrafı ehtiraslar-2
Ruslar müharibə istəmir
(Yazı analiz xarakterlidir, dördüncü hissədir. Bundan öncəki 1-ci hissəni, 3-cü hissəni, 4-cü hissəni keçidlərdən oxuya bilərsiniz)
“Kəmər savaşları” mövzusunu davam edərək, King İndustries korporasiyasının uydurma neft kəmərinin ətrafında baş verən münaqişəsində Britaniyaya qarşı duran qüvvənin kim olduqlarını anlamağa çalışaq. Bunu anlaya bilsək, “THE WORLD IS NOT ENOUGH” filminin sifarişçilərinin, artıq real Bakı-Tiflis-Ceyhan neft kəmərinin inşa edilməsinə qarşı olanların kimlər olduğunu ehtimal etdiklərini və kimlərə xəbərdarlıq olunduğunu anlamış olarıq. Beləliklə, başlayaq.
“007” Azərbaycana Elektra Kingi ola biləcək təhlükədən xəbərdar etmək üçün gəldikdə, o ona bir xəritə göstərir və deyir: “Burada rusların üç rəqib neft kəməri mövcuddur və onlar mənə mane olmaq üçün əllərindən gələni edəcəklər. Mənim atam qətlə yetirilmiş, yerli əhali isə ayaqlanmış haldadı. Siz isə bu qədər məsafəni məni təhlükəylə xəbərdarlıq etmək üçün qət etdiniz?”
Yəni, Elektranın fikirinə görə, gələcək neft kəmərinə yönəlmiş əsas təhlükə ruslardır. Həm də bu məqamda atasının ölümünü vurğulayır və kəmər inşaatına qarşı ayaqlanmış yerli əhali o qədər də önəm daşımır. Adi insanlar dövlət strukturlarıyla mübarizədə Londondaki Mİ-6 binasının partladılması kimi metodlara əl ata bilməz. Bu metodlar sadəcə digər dövlətlərin təhlükəsizlik strukturlarına və ya dünya miqyaslı terror təşkilatlarına aid ola bilər. Lakin özü özündə “qiyam” səhnəsi çox mühümdür, xüsusən də bir maraqlı kadra diqqət etsək: müsəlman simasında azərbaycanlıları təşkil edən “yerli camaat” qədimi xristiyan kilisəsini qorumağa qalxırlar. Bu isə, bu iğtişaşın digər tərəfidir və bu haqda bir sonrakı dəfə danışacağıq.
Beləliklə, Rusiya təhlükə qaynağı kimi qalır və bu da çox cidd bir haldır. Birincisi, rus dövlət təhlükəsizlik xidməti adət olaraq Britaniya təhlükəsizlik xidmətlərinə qarşı durmaqdadır; ikincisi isə, onlar miqyaslı diversiya keçirmək üçün real imkanlara malikdir; üçüncüsü, məhz Rusiyanın atom enerjisi nazirliyindən, King, kəmərdə baş verən terror aktlarının kimlərin tərəfindən tərtib olunduğunu öyrənmək arzusunda idi. Ən önəmli tərəfidə odur ki, Rusiyanın buna real əsası var, yəni həmin “üç rəqib neft kəməri”.
Filmin davamında rusların nə qədər mühüm rol oynadıqlarının şahidi oluruq. Terrorçular Plutoniumu məhz Kazaxstanda yerləşən rus hərbi bazasından təmin edirlər. Filmdə həmçinin İstanbulda yerləşən məxfi FSB bazası, rus atom dənizaltı gəmisi və keçmiş KQB agenti olan Valentin Jukovskiy adında mafiyaçı iş adamı da öz yerlərini almışlar.
Növbəti terror aktından sonra Bond məhz Jukovskinin yanına gəlir. Görüşləri qeyri-adi hal alsada, lakin Bond əslində yardım istəmək niyyətiylə gəlmişdi. O köhnə dostundan, Elektra Kingə düzənlənmiş suiqəsdin arxasında kimlərin olduğunu öyrənmək istəyirdi. Bondun öldürdüyü terrorçunun paraşütunun nişanını gördükdə, Jukovskiy dərhal onu müəyyən edir “Antiterror şöbəsi. Atom enerjisi departamenti”. Eyni nişan, King üçün oğurlanmış hesabat üzərindədə mövcud idi. Burada, artıq hücümçularla rus nazirliyinin şöbəsi arasında bir bağ olduğu ortaya çıxır. Lakin, biz bildiyimiz kimi hesabat saxta idi və bu da bizi düşünməyə vadar edir. Həmçinin Bond suiqəsdin tərtibçisi olaraq məşhur terrorçu Viktor Zorasın (Renard) adını çəkir. Jukovskiy isə: “Əfqanistandan sonra KGB Renardı əngəl hesab edərək aradan qaldırdı” deyir.
Maraqlıdır ki, adı keçən və Bondun əksi olan terrorçu filimdə tam karikatur bir personaj kimi qələmə verilir. Bondun daha əvvəlki filimlərindən Ernst Stavro Blofeldə oxşayır, sadəcə ağ pişiyi əskikdir. Lakin ssenari müəlliflərinə bu da az idi, və onlar onu zombiləşdirdilər. Bondun kollegası 009 Renardın başına attığı güllə onu öldürməmişdi, lakin bədən hissiyyatlarını tam məhv etmişdir.
Yəni, Zoras-Renard bir növ biorobot, zombi kimi təqdim olunmuşdur, bu da əslində təəcüblü deyil. O şeytani bir şəxsiyyət deyil, sadəcə KQB-dən qovulmuş, uğursuz bir agen idi. O dünyanı dolaşır halda olarkən, Elektra Kingə rast gəlir. Sonradan məlum olduğu kimi, neft kəməri ətrafında baş verən hadisələrə ilham verən və tərtib edən məhz o qadın idi. Renard isə icraçı və onun əlində bir oyuncaq idi. Hə, bir də, Bond özüdə M.-in əlində eyni icraçı funksiyasını yerinə yetirirdi.
Buna baxmayaraq, ən çirkin işlər onun öhdəsinə düşür və onun etdiyi əməllər rusların bu kəmər savaşında nə rol oynadıqlarını göstərəcək.
Gördüyümüz kimi, “mənfur ruslar” filimdə prinsipsiz, ağılsız, lakin ümumən dinc və sadəcə öz mənfəətləriylə maraqlanan biriləri kimi qələmə verilib. O mənfəətlər də o qədərdə böyük deyilmiş. Nə qədər gülünc görsənsədə, bir cüt krossovka rüşvət alaraq, rus pilotlar Renardın adamlarını daşıyırlar. Burada heç bir “böyük ideallardan və məqsədlərdən” söhbət getmir. Lakin maniakal ideya sahibləri olan Elektra King və onun sadiq xidmətçisi Renard əksinə, hər şeyə hazırdırlar. Onlar rusları üstü örtülü şəkildə istifadə edərək, arsızcasına öz operasiyalarına qatır, sonra isə acımadan qətlə yetirirdilər.
Filimdə Rusiya zərər çəkmiş tərəf kimi qələmə verilir. Əsil cinayətkarlar, dolaşıq sxemalar tərtibləyərək, satqın hərbiçiləri və əli əyri olan iş adamlarını istifadə edərək, Rusiyanı əsas günahkar kimi göstərmək istəyirlər. Lakin Britaniya təhlükəsizlik xidmətləri bu yalanın üstünü açır və əsil düşmənə qalib gəlmək üçün hətta rusların yardımından istifadə edirlər. Beləliklə proyektə (yəni Britaniyaya) qarşı durma ittihamları Rusyanın üzərindən qaldırılmış olur.
Filimdə məsələ belə göstərilir. Real həyatda isə nələr baş verirdi? Rus dövləti, Rusiya Federasiyasını ötərək neft kəmərinin uzadılmasına qarşı idi. Xüsusən də, BTC-də öncədən yalnız Azərbaycan və Gürcüstan deyil, həmçinin Kazaxstan, Özbəkistan və Türkmənistanında yer alacağı bəyan edilmişdi. Rusyanın təsiri altında olan sahəyə yeni güc daxil olmaq istəyirdi, bu da onun üçün ciddi iqtisadi və qeopolitik problemlərə çevrilə bilərdi. Nələr edildi?
Filmin yaradıcılarının bəsirətlərinə görə Rus agentləri Mİ-6-nı partlatmadılar. BTC-yə cavab olaraq, Xəzər Kəmər Konsorsiyumu (KTK) yaradıldı. Bu, Rusiyanın v Kazaxstanın iştirak etdiyi beynalxalq neft nəqliyyatı proyekti idi və onun məqsədi min beş yüz kilometr uzunluğunda olan neft kəmərinin inşaatı və ekspluatasiyası idi. Neft qərbi Kazaxstan mədənlərindən Yujnaya Ozereyevka qəsəbəsində yerləşən dəniz limanına nəql olunub, oradan tankerlərə yüklənərək dünya bazarlarına çıxarılacaqdı.
Hər şey 1992-ci ildə Qazaxstan respublikasıyla Oman sultanlığı arasında imzalanan sazişdən başladı. Bir müddət sonra Rusya Federasiyasıda onlara qoşuldu.
6 dekabr 1996-ci ildə Konsorsiyumda struktur dəyişikləri aparılmasına dair qərar alındı. Aksiyaların bir qismi beynalxalq neft şirkətlərinə verilərək, onlardan neft kəmərinin inşaatına və eksplutasiyasına dair vəsaitin ayrılması təminatı alınmışdır. Proyektə müxtəlif neft çıxartma şirkətlərinin maraqlarını qoruyan bir neçə özəl səhmdarlar daxil olundu.
12 may 1999-cu ildə Yujnaya Ozereyevka qəsəbəsi yaxınlığında neft kəmərinin inşaatına start verilmişdir və artıq 13 oktyabr 2001-ci ildə ilk sınama tanker yükləməsi həyata keçirilmişdi. 2004-cü ildə KTK ilk inkişaf etapının tam xidmət imkanlarını təmin etmişdir.
2009-cu ilin dekabr ayında isə, səhmdarlar KTK maqistral kəmərinin keçirmə qabiliyyətinin ildə 67 milyon tona qədər artırılması proyektini təsdiq etmişlər. Bu prosess 18 mart 2018-ci ildə Kalmıkiyada NDS-2-nin işə salınmasıyla yekunlaşmışdır.
Rusiyanı səhmdarlar arasında bir neçə şirkət təmsil edirdi: Transneft (24%); Lukarco B.V. (12,5%); Rosneft-Shell Caspian Ventures Limited (7,5%); KTK Kompani (7%) və yekun olaraq 51% aksiyanı əhatə edirdi.
Qazaxstan KazMunayGaz vasitəsiylə KTK-nın 20,75% (19%) və Kazaxstan Pipeline Ventures LLC (1,75%) aksiyalarının sahibiydi.
Digər iştirakçılar daha az paket aksiya sahibləri idi: Chevron Caspian Pipeline Consortium Company – 15%; Mobil Caspian Pipeline Company – 7,5%; BG Oversease Holding Limited – 2%; Eni İnternational N.A.N.V.-2%; Oryx Caspian Pipeline LLC – 1,75%.
Nəticədə bu gün bütün Qazaxstan nefti KTK kəməri vasitəsiylə Novorossiysk yaxınlığında yerləşən terminala axır. Azərbaycan nefti isə BTC kəməriylə Ceyhana axır. BTC və KTK sahibkarlarının maraqları mükəmməl şəkildə ayırılmışdır və kəsişməməkdədir. Bu danışıqlar aparan şəxslərin yüksək professionalizminin göstəricisidir ki, onlar bu məsələni çətinliklərə varmadan həll etməyi bacarmışlar.
Lakin 5 avqust 2008-ci ildə BTC kəmərinin Ərzincan vilayəti bölgəsində böyük partlama və yanğın baş vermişdi. Neft transferinə 20 günlük fasilə verilmişdir və 25 avgust tarixində yenidən bərpa edilmişdir. Beləliklə filmdə bəyan olunan terror aktlarının ehtimalı əsassız deyilmiş. Bu səbəbdən agent 007 simvolik mesajının araşdırılması üçün kifayət qədər əsas vardır.
Beləliklə, filmin baş mənfi qəhrəmanının şəxsiyyətinə nəzər yetirilməsinin vaxtı çatmışdır. Təbii ki bu uğursuz Renard deyil. Bütün şər, öz “xalqı naminə” sadəcə M., Bondu və atasını qətlə yetirməyə deyil, milyonlarla insanı bu yolda qurban verməyə hazır olan, qeyri adi bir qadından irəli gəlməkdədir.
Elektra King. Axı o kimdir?
Dəvamı var...
Müəllif: Timur Şanqareyev
Tərcümə etdi: Fərid Vəlibəyov
Mənbə keçidi
Agxeber.com

- Rus atom üzrə alim Mixayil Arkov Renarda çalışır, lakin sədaqətini layi1incə göstərə bilmədiyi üçün öldürülür.
- Elektra Kingin mühafizəçilərinin başı Saşa Davıdov Renarda tabe olduğuna baxmayaraq, heç bir sirrlərə agah deyil.
- Qazaxstandakı hərbi bazanın komandiri Renarda plutoniumu satır. Sonra bütün hərbiçilər öldürülür və baza yerlə bir edilir.
- Valentin Jukovskiy Elektra King üçün bəzi işlər görür, həmçinin Renardı rus atom dənizaltısının komandiri ilə görüşdürür. Bir müddət sonra Renardın adamları Jukovskinin kürü fabrikasını yox edir və özünüdə az qala məhv edirdilər.
- Jukovskiy Rusiyanın FSB-ində olan bağlantıları vasitəsilə Renarda mane olmağa çalışır. Buna cavab olaraq Renard İstanbuldaki məxfi mənzili partladır.
- Rus dənizaltısı Renard üçün qaçaq mal daşımaqla məşğul idi, lakin onun planlarından xəbərsizidilər. Renard bütün ekipajı öldürür və dəniz altı gəmini partlatmaq üçün hazırlıqlara başlayır.