Şəhid general-mayor Polad Həşimovun İctimai Televiziyada efirə gedən “Əlaçı” verilişindəki görüntüləri yayılıb.
“Qafqazinfo” xəbər verir ki, general ailə üzvləri ilə birlikdə bir il əvvəl qızı Aybəniz Həşimovaya dəstək olmaq üçün studiyada olub. Veriliş bu gün təkrar yayımlanıb.
Qeyd edək ki, Polad Həşimov iyulun 13-dən 14-ə keçən gecə Ermənistanın törətdiyi təxribat nəticəsində şəhid olub.