ƏHƏD MƏMMƏDLİ

Əgər Zəngəzura Azərbaycan ordusunun daxil olması KTMT və Avrasiya İttifaqına üzvlüyümüzdən keçirsə mən buna iki əllə HƏ deyirəm...

Əgər Zəngəzura Azərbaycan ordusunun daxil olması KTMT və Avrasiya İttifaqına üzvlüyümüzdən keçirsə mən buna iki əllə HƏ deyirəm...

ƏHƏD MƏMMƏDLİ
Həqiqətən böyük anların, tarixi hadisələrin canlı şahidiyik. Əslində çox strateji 3 rayonun döyüşsüz azad etməyimiz dərindən düşünülmüş addımdır. Laçınla, Kəlbəcər Ermənistanla həmsərhədd olduğu üçün döyüşlə bu iki rayonu azad etmək riskli olacaqdı. Ermənistan öz ərazisindən bu iki rayona daxil olan qoşunlarımızı atəşə tuturdu bizimkilərdə cavab atəşi ata bilmirdilər çünki ermənilər qalxan kimi rus qoşunlarının arxasında gizlənirdilər. Həmçinin Ermənistanın ərazisini atəşə tutsaydıq bu KTMT-nin məsələyə qarışması üçün bəhanə ola bilərdi. Ağdam isə Qarabağda ən müdafiə xətti qurulmuş rayon idi. Ağdamı döyüşlə azad etmək bizim üçün kifayət qədər itkilərlə nəticələnə bilərdi. Laçın, Kəlbəcər, Ağdamın döyüşsüz azad edilməsi önəmli faktordu. Düzdür tam döyüşsüz deyil, erməniləri buna rəşadətli ordumuz məcbur etdi !
Üç tərəfli danışıqlar əsasında 3 rayonumuz bizə vaxtında təhvil verildi. İndi qaldı Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Qazaxın 7 kəndi (deyilənə görə 4 kənd artıq azad edilib) və Naxçıvanın Kərki kəndi. Bir-iki günə türkiyəli sülhməramlılar da Qarabağda rəsmi şəkildə yerləşməlidirlər. Bu ayın sonuna qədər tam şəkildə ərazi bütövlüyümüzü təmin etməliyik !
Putin Paşinyanı qəbul etmədi, bu yaxşı haldır. Bu o deməkdir ki, Paşinyan yenə iki stulda (Qərb və Rusiya) eyni anda oturmaq istəyir. Onun bu istəyi də Putinin heç xoşuna gəlmir. Putin-Paşinyan gərginliyindən rəsmi Bakı istifadə etməyə davam etməlidir. Azərbaycan qısa müddətdə Xankəndi başda olmaqla bütün Qarabağı nəzarətinə götürüb yurisdiksiyasını təmin etməlidir. Bu məsələdə qardaş Türkiyənin tam dəstəyini almaqda davam etməliyik !
Bu arada Ukraynada "Krım bizimdir", Moldovada isə "Dnesteryanı bizimdir" şüarları artmaqdadır. Açıq-aydın Qarabağ ssenarisinin davamı sezilir. Ukrayna əbəs yerə bayraktarları almır. Donbass və Dnesteryanıda antiterror əməliyyatlarının başlanılması Azərbaycanında maraqlarına cavab verir. Rusların Donbass və Dnesteryanıda başının qarışması Qarabağda Azərbaycanın işini tam asanlaşdıra bilər. Görünən odur ki, ruslara yeni tələlər qurulur (və bu tələdən biri də Qarabağda kı sülhməramlıları ola bilər).
Azərbaycan postsovet məkanında ilk olaraq separat ocağını darmadağın etməklə böyük presedent yaratdı. Paşinyan sümüyünü Rusiya uda bilməsə bu Azərbaycan üçün yeni imkanlar yarada bilər. Paşinyan iki stulda oturmağda cəhd etməyə davam etsə yeni inqlab yolu ilə (bu dəfə Rus ssenarisi ilə təşkil edilən) Paşinyan devrilə bilməsə Moskava Azərbaycanda 1993-cü ildə olduğu kimi bu dəfə Ermənistanda hərbi qiyama cəhd edə bilər. Amma indi 1993-ci il deyil, 2020-ci il olduğu üçün və Paşinyanın sona qədər müqavimət göstərəcəyinə də şübhə olmadığı üçün bu Moskvaya baha başa gələr. İnqlabla və hərbi qiyamla Paşinyanı devirə bilməyən Moskva son 'kozırına' əl ata bilər. Zəngəzura Azərbaycan ordusunun daxil olmasına göz yuma bilər. Əgər Zəngəzura daxil olmağımız KTMT və Avrasiya İttifaqına üzvlüyümüzdən keçir mən buna iki əllə HƏ deyirəm...

MÜƏLLİFİN DİGƏR YAZILARI