Uzunqulaq uzunqulaqlığı ilə həyatında palçığa bir dəfə batır fəqət bəzi insanlar, təşkilatlar uzunqulaq kimi belə səhvlərindən nəticə çıxara bilmirlər...
Son dönəmlər AĞ Partiyası başqanı Tural Abbaslıya qarşı həm iqtidar, həm də müxalifət tərəfindən hücumlar başlayıb. Anlayıram, Tural bəy və AĞ Partiyanın günü-gündən artan nüfuzu bəzilərinin yuxusuna haram qatıb və "trol" şəbəkələrinə tapşırıq veriblər ki, "hücuma keçsinlər". Şükürlər olsun ki, heç ağ partiyaçılara ehtiyac qalmır, sadə insanlarımız bu trolların cavablarını artıqlaması ilə verirlər.
4 il yarım bundan öncə AĞ Partiyanı qurduq. AĞ Partiyanı quran kimi istər iqtidar, istərsə də müxalifət cəbhəsindən hücumlara məruz qaldıq. Təbii ki, əhəmiyyət vermədik, necə deyərlər başımızı aşağı salıb yolumuza davam etdik, təşkilatlanma ilə məşğul olduq. Partiyanın adından tutmuş, Türkiyənin hakim AK Partisi ilə ideoloji yaxınlığımıza qədər bizə deyilməyən söz qalmadı... Sınmışlar, qorxaqlar, əyyaşlar, tüfeylilər, qrant alverçiləri, partbilet alverçiləri, illərdir iqtidarla alverdə olanlar, sağ vaxtında liderləri Elçibəyə xəyanət edənlər, hakimiyyət oliqarxlarının cibindən dolananlar, qısası cəmiyyətin bütün "otxodları" növbədə durub bizə hürürdülər... Hürsünlər, indi də hürürlər, həyatda sümüyə möhtac qalanların işi zatən hürməkdir. ALLAH həyatlarının sonuna qədər onları bu işlərindən mərhum etməsin. Amin!
Tural Abbaslı və komandası gəncliyini HAQQI ilə verdikləri yerdən ayrıldı. Bu asan addım deyildi. Bilirdik ki, risk edirik fəqət onu da bilirdik ki, bu işlər RİSKSİZ mümkün deyil. Komanda üzvləri olaraq biz, 12, 15, 16 illik siyasi fəaliyyətimizdən sonra (2016-cı ilə qədər komanda üzvlərimizin siyasi fəaliyyətinin dönəmi) hər şeyi AĞ səhifədən başlayaraq AĞ Partiyanı qurduq. 4 il 8 ay müddətində ölkənin aparıcı 5 partiyasının sırasına daxil ola bildik. Bu 4 il 8 ayda uğursuzlar tərəfindən öz "ağılları" ilə tənqid, təhqir edildik fəqət SƏBR edib yolumuza davam etdik və əlahəzrət ZAMAN onu göstərdi ki, doğru da etdik. Çünki səbrimizin, əməyimizin, mübarizəmizin, apardığımız siyasətin nəticəsində sutka ərzində aşağı-yuxarı 500 yeni üzvlüyə müraciət edilən partiyaya çevrildik!
Siz isə hürənlər və sizi bizə hürdürənlər, böyük qələt edirsiniz. (Qələt-fars dilində səhv deməkdir). Heç bir uğur qazanmayan liderləriniz də sizi bizə hürdütdürməklə böyük qələt edirlər. Çünki bir uzunqulaq kimi də deyillər, illərdir palçığa bata-bata etdikləri səhvlərindən heç bir nəticə çıxartmırlar. Özünüz bilərsiniz, o palçıq, o da siz... Biz, AĞ Partiyası nə iqtidar kimi Heydər və İlham Əliyevlərin, nə də köhnə müxalifət kimi Rəsulzadə və Elçibəyin kölgəsində gizlənmişik.
Biz, AĞ Partiyası olaraq Azərbaycan siyasətinə "Milli Nizam" ideologiyası gətirərək Türk-İslam əqidəsinə mənsub olan DAVA adamlarının birləşdiyi bir firqəyik. İnsan adları, kölgələri altında gizlənənlərdən fərqli olaraq ideoloqiyamız var! AĞ Partiyası Azərbaycanda hər kəsdən fərqli bağımsız bir cığır açdı və gec-tez bu cığırın yolçuları bu məmləkətdə qoyduqları hədəfə çatacaqlar, inşAllah. Son sözüm budur ki, "bircə dəfə də adam olun bə..."