ƏHƏD MƏMMƏDLİ

Cənubi Qafqaza 3 ölkə çoxdur...

Cənubi Qafqaza 3 ölkə çoxdur...

ƏHƏD MƏMMƏDLİ
Serb silahı Gürcüstandan Ermənistana ötürülür. Azərbaycan tək-tük müsəlman ölkələrindəndir ki, alban-serb qarşıdurmasında müsəlman qardaşlarımız, kuzenlərimiz olan albanların deyil, tarix boyu müsəlmana, türkə düşmən kəsilən serblərin tərəfini tutdu, müsəlman Alban-Kosovanın müstəqilliyini tanımayıb, Serbiyanın ərazi bütövlüyünü tanıdıq. Baxmayaraq ki, qardaş Türkiyə, Kosovanın ilk müstəqilliyini tanıyan ölkələrindən oldu. Azərbaycanın Kosovanı müstəqil ölkə kimi tanımamasının obyektiv səbəbi var-Qarabağ. Amma, lakin, zira...

Serbdən, türk-müsəlman Azərbaycana nə dost, nə tərəfdaş olmaz..! Serb balkanların rusudur, daim türkə düşmən olub, düşmən də qalacaq. Əlimizə fürsət düşmüşkən Qarabağ məsələsini həll edən kimi heç bir tərəddüd etmədən Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətinin və Kosovo-Alban respublikasınında müstəqilliyini tanımalıdır.
Keçək qonşu və guya digər dost ölkə Gürcüstana. Gürcüdən də nə türkə, nə ümümiyyətlə müsəlmana dost olmayıb, olmayacaq da. Türklər İslamı qəbul edəndən sonra indiki Gürcüstan daim türk-müsəlman dövlətlərinin nəzarətində olub. Tiflis əmirliyi, Şah Abbas, Şah İsmayıl Xətai, Nadir şah Əfşar, Məhəmməd xan Qacar dövlətləri. Sadaladığlarım hamısı Azərbaycan-Türk imperiyaları olub. İndiki Ermənistan, Gürcüstan, İran, Cənubi Rusiya, Şimali İraq, Şimali Suriya, Əfqanıstan, Azərbaycan-Türk dövlətlərinin əraziləri olub. 

Abxaziyanın keçmiş prezidenti Vladislav Ardzinbaya sual veriləndə ki: "Abxaziya niyə, Türkiyə və Azərbaycana yaxınlıq etmir?" O cavabında: "Siz nə vaxt dediniz, biz də sizə yaxınlıq etmədik?" sualına sualla cavab vermişdi. Unutmayaq ki, dağlı-rus müharibəsində xeyli dağlılar içində abxazlar da Osmanlı-İslam Xilafətinə köç etmişdilər. İndiki Türkiyə ordusunda çərkəzlər, çeçenlər, ləzgilər və digər dağlı xalqları içində abxazlarda yüksək hərbi rütbələr daşıyırlar. Abxaz-gürcü müharibəsində abxaz əsilli türk zabitləri tarixi vətənləri Abxaziya tərəfində vuruşublar. 

Gürcüstanın indiyə qədər Mesxeti türklərinin yurd-yuvalarına qayıtmasına imkan yaratmaması, Gəncə qapısını bizə qaytarmaması, sərhədimizdə Məbəd avantürası,  sərhədimizdə baş verən çatışmalara neytral mövqe tutması və digər məsələlərdə Azərbaycan və Türkiyəyə badalaq gəlməsi, indi də ərazisindən ermənilərə silah keçirilməsinə imkan yaratması Qarabağ məsələsinin həll edilməsindən sonra Azərbaycan da Abxaziya və Cənubi Osetiya məsələlərinə yenidən baxmalıdır. 
Tarixdə abxaz çarlığı olub. Abxaziya, Gürcüstana Stalinin qərarı ilə birləşdirilib. Gürcüstanda təmiz etnik gürcülər (kartlar, imeretiyalılar, raçinlər, lexmutslar, ingiloylar, çveneburlar pşavlar, xevsurlar, kaxetiyalılar, acarlar, quriyalılar, fereydanlar, mtiullar, cavaxlar, meshetilər, мохеvlar, meqrellər, svanlar, kistinlər və diqər az saylı xalqları çıxsaq) cəmi bir milyondur.

Gürcüstanda gürcülərdən sonra ən böyük etnik, türklərdir. Türklərin sayı yarım milyondur. Digər müsəlman xalqlarını da əlavə etsək (acarlar,çeçenlər və s) Gürcüstanda müsəlmanların sayı 1 milyon edir. Bu türk-müsəlman kartı ilə Gürcüstana təzyiq kimi Türkiyə və Azərbaycan istifadə etməlidir. Balaca Gürcüstanın taleyi, Türk dünyası ilədir. Bunu gürcülərin keçmiş prezidenti Saakaşvili dəfələrlə dilə gətirib. Türkiyə və Azərbaycana yaxınlığı ilə seçilən Saakaşvilinin yenidən hakimiyyətə gətirilməsini rəsmi Ankara ilə Bakı gündəmində saxlamalıdır. Ümümiyyətlə isə Cənubi Qafqaz çox balaca ərazidir ki, orada üç ölkə olsun. Keçmiş zamanlardakı kimi bir türk-müsəlman dövləti Cənubi Qafqaza yetər..!

MÜƏLLİFİN DİGƏR YAZILARI