ƏHƏD MƏMMƏDLİ

Dünyada nə baş verir və Azərbaycan özünü necə aparmalıdır?

Dünyada nə baş verir və Azərbaycan özünü necə aparmalıdır?

ƏHƏD MƏMMƏDLİ
Ukrayna 8 şturm briqadasından ibarət olan 40 min canlı qüvvəylə əks-hücuma hazırlaşır. Əks-hücum üçün Qərbdən gələn tanklar və hərbiçilərdə hazırdır. 

İlkin istiqamətdə Zaporojye vilayəti, Melitopol şəhəri son və əsas hədəf isə Krım yarımadasının sərhədlərinə yaxınlaşmaqdır. Əks-hücum barədə Kiyev, Moskva və Qərb paytaxtlarında da bildirirlər. Hər iki tərəf havaların istilənməsini gözləyirlər.

 Göründüyü kimi bu il Ukrayna-Rusiya müharibəsinin həllədici ili olacaq. Əks-hücum nəticəsində Ukrayna ciddi uğur əldə edə bilməsə çox güman ki, gələn il hər iki tərərəfi atəşkəs masasına otuzduracaqlar. Bu da Zelinski iqtidarının sonunun əvvəli olacaq...
 
Yox, əgər bu əks-hücum nəticəsində Ukrayna tərəfi ciddi uğur qazansa onda Rusiya üçün iki yol qalır, ya bu bataqlıqda daha da batmaq, ya da Kiyevin tələbləri yerinə yetirməyə hazır olmaq istiqamətində danışıqlara başlamaq. Bu da Putinin şəxsi sonu deməkdir...
 
Ola bilsin ukraynalılar aldadıcı manevr edib Zaporojye, Krımı göstərib Donbass istiqamətində vursunlar. ABŞ və Ukrayna kəşfiyyat mənbələrinin foto-sübutlarla birlikdə  verdiyi xəbərə əsasən Krımın Ukrayna ilə sərhəddi boyunca ruslar ciddi müdafiə xəttləri qurublar. Bu da onu göstərir ki, ruslar bu əks-hücumu gözləyirlər, ona hazırlaşırlar və çox narahatdırlar. Gözlənilən əks-hücumla bağlı rusların narahatlığını yerli KİV-lər də, federal kanalların əsas siyasi tok-şoularında da görmək olar.

 Makron Çinə səfər edib. Ursula fon der Lyayen də bu gün Tsi Zin Pinlə görüşmək üçün Makrona qoşulacaq. Makron təqaüd böhranı adlı daxili problemi adlatdı və taqaüd yaşını qaldırdı. Alman kansleri Şoltsun səfərindən sonra fransız prezident Makronun Çinə səfəri həm də tarixi alman-fransız rəqabətinin  hələ də davam etdiyinin göstəricisidir. 

Almaniyanın Çinlə iqtisadi ilişkiləri, Fransanın Çinlə iqtisadi münasibətlərindən daha genişdir. Görünür Makron həm də bunu aradan qaldırmağa gəlib. Həm də təbii ki, Ukraynadakı müharibə müzakirə olunacaq. Paralel olaraq da Çinin bütün etirazlarına rəğmən Tayvanın prezidenti Tsay İnven də ABŞ-a səfər edib.  
  Nümayəndələr palatasının spikeri Makkarti ilə görüşüb. Maraqlıdır ki, görüş Reyqanın kitabxanasında baş verib. Vaxtı ilə Tayvanla bağlı maddələr məhz Reyqanın prezidentliyi dövründə tərtib edilmişdir.

 Avropada da paralel səfərlər baş verib. Zelinski Polşaya səfər edib. Varşavada Kral Qəsri meydanında çıxış edib və prezident Duda tərəfindən Polşanın ən ali mükafatı ağ qartalla təltif olunub.

 Lukaşenko Moskvada səfərdədir. Rusiya və Belarus arasında müttəfiq dövlət yönündə növbəti addımlar atırlar. Finlandiyanın NATO üzvlüyünə cavab olaraq, Rusiya Belarusda taktiki nüvə silahlarını yerləşdirə bilər.

 Dünya siyasi-aktiv dövrünü yaşayır. Dünyanın başının özünə qarşdığı dövrdə, əsasən də əsas oyunçuların bir-birlərinə başının qarışdığı vaxtda Azərbaycan 2020-ci ildəki kimi bu vəziyyəti öz xeyrinə çevirməyə bacarmalıdır. 2023-cü il ərzində Azərbaycan ən azı Xankəndi və ətrafı, Naxçıvanın və Qazaxın anklav kəndlərini nəzarətə götürməlidir. Ən azı..!

MÜƏLLİFİN DİGƏR YAZILARI