ƏHƏD MƏMMƏDLİ

Tural Abbaslıya qarşı "Meymun Orkestri"

Tural Abbaslıya qarşı "Meymun Orkestri"

ƏHƏD MƏMMƏDLİ
Siyasətçiyə populist demək, atletə niyə idmanla məşğul olursan demək kimi absurd bir yanaşmadır. Son dönəmlər iqtidara yaltaqlananlar və söyənlər Tural Abbaslı nöqtəsində birləşiblər. AĞ Partiya başqanına yönəlik birləşdirici sözləri də - Populistdir. Bu adamların populizm haqqında nəzəri ya onun praktik siyasətdəki qarşılığından ən yaxşı halda bildikləri  “Wikipedia”da oxuduqlarını keçmir. Bu ayrı bir dərddir. Populizm anlayışna  məşhur sosioloqların, siyasət nəzəriyyəçilərinin münasibətini azca oxumuş olsalardı onlarla nəyisə müzakirə etmək olardı. Amma əmması isə başqa mətləblərdən xəbər verir.
Tural Abbaslıya qarşı bu meymun orkestrinə, AĞ Partiya başqanına rəqabətdə birbaşa uduzan bəzi müxalif partiya sədrləri də qoşulub.
Nə qədər savadsız olasan bir siyasətçiyə deyəsən ki, sən niyə populistsən?! Siyasət publika professiyasıdır. Publika professiyası ilə  məşğul olana nöqsan kimi populist adlandırmaq, özü nöqsandır. Və bu nöqsanla bilərəkdən və bilməyərəkdən məşğul olanlar AĞ Partiya başqanı Tural Abbaslıya qarşı meymun orkestrində yer alıblar.
Ramiz Mehdiyevin, Əli Həsənovun mirzələri Tural Abbaslıya qarşı dalbadal yazılar dərc edirlər. Məqalələrinə digər “müxalif” partiya sədrlərini də daxil etməklə məsələyə ümumi yanaşma təqdimatı kimi göstərmək istəyirlər. Amma yazılarında yaxşı görünür ki, hədəf AĞ Partiya başqanı Tural Abbaslıdır! Köhnə sahiblərindən imtina edib, yeni sahiblərinə yallanmağa çalışan bu media fahişələri, şəhid anasını gözü yaşlı qoyan tozsoran alverçisi, saxta deputat Elnur Allahverdiyev kimilərəindən pul alıb, Tural Abbaslıya qarşı “Səlib Yürüşü”nə çıxıblar. AĞ Partiyaya qarşı nə qədər istəyirsiz səlib yürüşünə çıxın. Tarix boyu hər səlib yürüşünün qarşısında bir “Hilal Ordusu” durub. İndi də qarşınızda AĞ Partiya adlı hilal ordusu durub..!
5-ci kalonun iqtidar-müxalifət-media qolu ilə paralel, Avropada yerləşən və hakimiyyətin 5-ci kalonu tərəfindən maliyyəşən söyüş makinası da Tural Abbaslıya qarşı SOS siqnalı çalırlar. Gördüyünüz kimi AĞ Partiya başqanı Tural Abbaslıya qarşı yer alan, hər çalan “Meymun, Orkestri”ndə özünə uyğun yer alıb, eyni dirijor tərəfindən yönləndirilirlər. Özlərini "intellektual", AĞ Partiya başqanı Tural Abbaslını isə populist adlandıran bu meymun orkestrinin çalanlarına səslənərək söyləyirəm ki, siyasətdə populizm aksiomadır. Bunun əksini deməyə cəhd etmək belə savadsızlıq, obıvatellikdir. Populizmə gəldikdə isə hazırda Azərbaycanın ən populist siyasətçisi İlham Əliyevdir. "Noldu Paşinyan", "İti qovan kimi, qovduq", Şuşada paxlava ilə çay içmək, Cıdır düzündə rəqs etmək, Zəngəzur, İrəvan bizimdir söyləmək populizmin pik nöqtəsidir. Və biz AĞ Partiya olaraq, Cumhurbaşqanı Əliyevin bu populizmini dəstəkləyirik. İllərdir Azərbaycanda bu meymun orkestri qardaş ölkənin cumhurbaşqanı Ərdoğana da populist, olmayan sözlər deyirdilər. Zaman keçdi, Ərdoğanın Azərbaycanın əsl dostu olduğunu bütün dünya gördü. Ərdoğana dil uzadanların da nə qədər yanlış yolda  olduqlarını da bütün Azərbaycan gördü. İndi də həmin bu meymun orkestri Tural Abbaslıya populist, olmayan sözləri deyirlər və AĞ Partiya başqanına olan münasibətlərinin nə qədər yanlış olduğunu bütün Azərbaycan görür...
Özlərini "intellektual" Tural bəyi populist adlandıran meymun orkestrininin çalanları AĞ Partiyanın sıravi üzvləri sizə intellektualıqda dərs keçərlər, mən hələ partiyamızın rəhbərliyini demirəm. Siyasətdə, mediada, sosial şəbəkələrdə, təbliğatın hər cəbhəsində AĞ Partiya başqanı Tural Abbaslıya birbaşa uduzan "intellektuallar" çalışın özünüz, özünüzə deyil, xalq sizə intellektual desin, xalq isə Tural Abbaslı deyir!
PS: Başımızın üstündə İman etdiyimiz ALLAH və güvəndiyimiz xalqımızı arxamıza alaraq AĞ Partiya olaraq bu yola çıxdıq və sona qədər bu yolu gedəcəyik...

MÜƏLLİFİN DİGƏR YAZILARI