Əlbəttə sözlərimin irqçiliklə əlaqəsi yoxdur. Lakin ədalətsiz dünya yenə də öz iç üzünü göstərməkdədir. Öz dövrünə uyğun şəkildə dünyada ədaləti ilə seçilən xalqlardan olan türk xalqlarının ədalətindən qorxanlar yəqin ki, yenə də hərəkətə keçiblər. Əslində heç vaxt durmamışdılar. Lakin daha da sürətləniblər. Məsələn Co Bayden seçkilərdə qələbə çalar-çalmaz Trumpdan daha açıq gedişlər etməyə başlayıb. Hərbi xunta ilə hakimiyyətə gələn və xalqın iradəsini heçə sayan Sisi hakimiyyətinə patriot HHM sistemləri satmaq barədə, o cümlədən də Səudiyyə Ərəbistanına böyük ölçüdə pilotsuz uçan aparatların üzərinə quraşdırılan roket sistemlərini satmaq barədə müqavilələr əslində ABŞ- ın Türkiyə faktoruna ciddi narahatlığının açıq göstəricisidir.
Tarix boyu Ərəbləri Osmanlıya qarşı qaldırmaqla Osmanlını zəiflətmək planları hər zaman aktual olub. Görünən odur ki, bu kartdan yenə də isdifadə etməyi düşünən güclər var. Əsaslanaraq deyim ki, hələ bu silahların NATO ölkəsi olan Türkiyəyə satılmasına min bir bəhanə gətirərkən ərəb ölkələrinə satılması başqa bir aləmdir.
Bu silah tədarükünün səbəbi çox güman ki, Türkiyə istehsalı olan pilotsuzların Qarabağda düşmənə vurduğu ağır zərbələrdir. Yəni hər kəs öz müttəfiqini əlində olan imkanlarla dəstəkləyir. Bir də Rusiyanın öz mütdəfiqlərinə dəstəyi var və bütün dünya Rusiyanın apardığı savaşlarda istər mütdəfiqlərinin, istərsə də özünün maraqlarının ciddi şəkildə itirilməsinin şahidi olur. Bir də Ermənistan kimi uğursuz bir dövlətlə qurduğu müttəfiqlik Rusiyaya yenə də acı məğlubuyyətin dadını göstərdi. Bunun üzərinə Ermənistan mətbuatında səslənən iddialara görə, Arayik adlı terrorçubaşı Xankəndi ətrafında yerləşən Erməni əsgərlərini ziyarət edib və ordu quruculuğuna başlayacağını bildirib. O cümlədən onun əmri ilə Əsgəran istiqamətində yeni səngərlər qazılıb və döyüşlərdə zədə alan hərbi texnikalar yenidən təmir edilməyə başlanılıb. Əlbəttə bu terrorçubaşının oralarda hələ də rahat şəkildə hərəkət etməsi böyük sual doğurur. Amma bu xəbərlər sırf daxili auditoriyaya hesablana və Qarabağda yaşayan Erməniləri aldatmaq xarakteri də daşıya bilər. Lakin hər nə olur olsun bu, ciddi iddiadır və ümid edirəm ki, məsələnin əsli barədə araşdırma aparılır.
Əslində bu prosseslər yenidən Qarabağın ermənilər məskunlaşdığı hazırki hissəsində müharibəyə və ya antiterror əməliyyatlarının başlamasına, bu da öz növbəsində o ərazilərində ermənilərin yaşamaqdan demək olar ki, məhrum olmasına, o cümlədən də rus sülhməramlıların orada görəcək işlərinin qalmamasına və tarixi Azərbaycan torpaqlarının hamısının tam olaraq Azərbaycan ordusunun nəzarəti altına keçməsinə zəmin yaradır. Üstəlik əməliyyatlar Azərbaycanla Naxçıvan arasındaki koridoru təhlükə altında qoyar. Türkiyə ilə Rusiyanın Suriyada olduğu kimi birlikdə patrul xidməti məsələsi aktuallaşa bilər. Bununla da Türkiyə növbəti dəfə Rusiyanın öz maraqlarını təmin etdiyi yerdə ona şərik olub həm də həmən yerlərdəki özünün tarixi bağlarından irəli gələn maraqlarını bir daha təmin etmiş olar.
Hələ oktyabr ayında Ermənistan parlamentinin Türkiyə ilə bağlı səsverməyə çıxartdığı sanksiya məsələsinin də bu günlərdə qüvvəyə minməsi də, Ermənilərin yola gələn bir millət olmadığını, regionda bir qonşu kimi heç kəslə əməkdaşlıq edə bilməməsini bir daha göstərir.. Yəni Ermənistan nəhayət ki, region dövlətləri ilə münasibətləri tam səhmana salmaq əvəzinə Gürcüstana ərazi iddiası, Türkiyə Cümhuriyyətinə həm ərazi iddiası qoymaqla yanaşı həm də sanksiya tətbiq edir. Hələ bu sanksiyanın özünün sağlam iqtisadiyyatı olmayan, daim xarici kreditlər və ya bəzi ölkələrin himayəsi hesabına dolanan Ermənistana fayda yoxsa zərər verəcəyini müzakirə belə etmirəm. Sonda onu da qeyd edim ki ikinci Qarabağ savaşı ilə yenidən dirçələn xalqımız ermənilərə elə bir zərbə vurmayıb ki, onlar bir də özlərinə gələ bilsinlər. Çarəsiz vəziyyətdə qalan Ermənistanı isə bu vəziyyətdən nə Paşinyan, nə əvvəlki vaxtlarda iqtidar olub hazırda ona müxaliflik edənlər, nə də himayədarları çıxara bilər.