SƏDDAM NƏCƏFOV

Amerikanın beynəlxalq hüquqa verdiyi hüquqsuz qiymət

Amerikanın beynəlxalq hüquqa verdiyi hüquqsuz qiymət

SƏDDAM NƏCƏFOV

Soyqırım" anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnamə ilə qəbul etdiyi "Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında" konvensiya ilə müəyyən edilmişdir və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti daşıyır. 
Niyyət bu və ya digər konkret qrupa mənsub şəxslərin təsadüfi olaraq bir nəfərinin və ya bir neçə nəfərinin məhv edilməsindən ibarət olmamalı, bütövlükdə qrupun məhv edilməsindən ibarət olmalıdır. Soyqırım qurbanlarının müəyyən edilməsinin həlledici əlaməti onların fərdiliyi deyil, məhz onların qrupa mənsubluğudur. Hər hansı belə bir qrup üçün qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılması, həmin bu konvensiyaya daxil olan bəndlərdən biridir. Hansı ki, Xocalıda düşmən tərəfindən məhz bu bənddə göstərilən vəhşilik xüsusi olaraq icra olunub. Belə olan təqdirdə isə beynəlxalq hüququn Xocalını soyqırım kimi tanıması qaçılmazdır. Məhz yuxarıda göstərdiyim konvensiyanın bəndlərinə uyğun olan hadisələr soyqırım adlandırıla bilər. Co Baydenin  bu ifadəni işlətməsi isə bütün dünyaya ənənəvi Amerikan xislətini göstərməklə bərabər eyni zamanda bütün dünya tərəfindən qəbullanmış kovensiyaya və ayrı-ayrı dövlətlərin də qanunvericiliyində olan maddələrə, bəndlərə və nəhayət beynəlxalq hüquqa  tüpürmək deməkdir. Türkiyə tərəfi dəfələrlə bu mövzuda ədalətli tərəf tutaraq, arxivləri birgə açmağı təklif etsə də, nə erməni lobbisindən nə də onların, dünyada nadir toplum olaraq mənsub olduqları dəyərsizlik, xəyanətkarlıqla yoğrulmuş genetik kodlarından məharətlə istifadə edən havadarlarından bir səs çıxmadı. Əksinə bu təklifləri hər zaman rədd etdilər. İndi isə ortada heç bir hüquqi qiymət və ya beynəlxalq hüquq ilə tənzimlənən və qəbul olunmuş konvensiya şərtlərinə uyğun bir dənə belə olsun dəlil olmadan Amerika prezidenti Co Baydenin belə bir soyqırımı tanıması məncə Amerikaya düşündükləri kimi üstünlük yox, əksinə zərər gətirə bilər. Daha da açıq deyəcək olsam, Bayden məlum nitqi ilə regiondakı ən strateji tərəfdaş ola biləcək ölkə, Türkiyə ilə münasibətlərinə tarixi zərbəni vurdu. Əslində isə bu məsələ təkcə Türkiyəni maraqlandıran məsələ deyil. Ermənilər bu qondarma "soyqırımı" türklərin ermənilərə soyqırımı kimi ifadə etdiklərini göz önünə gətirsək, Amerika bir növ qarşısına təkcə Türkiyəni almış sayılmaz. Həm də Azərbaycanın yaralı yeri Xocalı soyqırımını prezident səviyyəsində tanımaması bu krizi bir az da körükləyir. Məncə ABŞ prezidenti bu qərarla Yaxın Şərq, Orta Asiya üzərində olan təsir gücü nəzərə çarpacaq dərəcədə itirəcək. Niyə məhz Yaxın Şərq və Orta Asiya? Yaxın Şərqi Türkiyənin təsiri ilə əlaqələndirsəm də, Orta Asiya bir başa türklərin yaşaması ilə əlaqədardır. Yəni Amerika bu regiona təsir gücünü artırmaq istəyirdisə, artıq bu gedişlə bütün regionda öz təsir gücünü ciddi şəkildə əldən verə bilər. Xocalı soyqırımı dünyada 9 ölkə və ABŞ-ın 21 ştatı tərəfindən tanınmışdır. Məhz həmin o ABŞ ki, 48 ştatı var. 21 ştat isə heç 48-in yarısı belə etmir. Xocalının ştatlar səviyyəsində tanındığı halda guya "Türklərin ermənilərə soyqırımı" prezident səviyyəsində tanınması, mənəvi olaraq bütün Türk dünyasını sarsıdacaq məsələdir. Co Bayden özünü ştatlardakı senatorlardan balaca, "nəhəng" Amerika mifi dövlətinin isə ştatlar səviyyəsindən aşağı səviyyəyə saldı. Ən azından bəzi ştatlar ədalətli mövqe tutub, Xocalı soyqırımını rəsmən tanıyıblar. Bayden isə ədalətə kökündən balta vurmaqla sanki bu dövlətdən kiminsə bir daha ədalət gözləməməli olmadığını sübuta yetirdi. Zamanında 15 milyon qızıldərilinin qanı,  Viyetnam, Koreya, Kamboca, Laos, İraq, Əfqanıstan, Hiroşima və Naqasaki atom bonbardmanı nəticəsində axıtdığı milyonlarla qan toplamda isə 30 milyona yaxın bəşər evladının qanı üzərində qurulan Amerika dövləti, elə bu qanların içində də boğularaq süquta uğrayacaq.

MÜƏLLİFİN DİGƏR YAZILARI