SƏDDAM NƏCƏFOV

Amerikan demokratiyası Trumpa qarşı diktatorluq edir

Amerikan demokratiyası Trumpa qarşı diktatorluq edir

SƏDDAM NƏCƏFOV
Amerika dünyanın müxtəlif ölkələrində hərbi xunta ilə birlikdə hər cürə çevrilişləri dəstəkləyib bunlara demokratiya donu geyindirir.
Necə olur ki, həmin ölkələrdəki dövlət başçılarını dünyaya diktator, zalım kimi tanıdan Amerika, hansısa keçmiş general və ya nə vaxtsa hansısa xüsusi xidmət orqanlarında çalışmış, qaranlıq keçmişə sahib şəxslərə hərbi xunta ilə qan tökərək hakimiyyətə gəldikləri halda legitimlik qazandırır? Hətta bəzən hansısa ölkənin beynəlxalq səviyyədə tanınmış və qəbul olunmuş rəhbəri olduğu halda, yenə də onunla paralel separatçılıq, terror fəaliyyətləri həyata keçirən bir şəxsə legitimlik qazandıran da məhz Amerika olur. Hətta bu, yerli xalqın seçiminə və iradəsinə zidd olsa belə. Buna sübut olaraq isə hazırda Liviyadaki vəziyyəti misal gətirmək olar.
Bunlar məsələnin yalnızca bir tərəfidir. Digər tərəfi isə ondan ibarətdir ki, həmin bu keçmişi min cürə quldurluq və cinayətlərlə zəngin tarixi siyasi təməllərə sahib olan Amerika, eyni zamanda da öz maraqlarının tam və ya heç təmin olunmadığı ölkələrdə dırnaq arası söz, mətbuat azadlığı və.s  şüarları ilə öz maraqlarını təmin etməkdən çəkinmir. Bunun üçün isə təbii ki, heç kəsə sirr olmayan metodlardan isdifadə edir. Yəni anlayacağınız kimi Amerika, bu zamana qədər öz daxilindəki quldurluq ənənələrini cinayətkar xisləti ilə bütün dünyaya yayaraq öz maraqlarını təmin edib. İndi cəmiyyətin bəzi təbəqələrinin bu dediklərimi qəbul etməyəcəyini bilirəm. Bunun üçün hansısa bir sübuta ehtiyac yoxdur. Elə son günlərdə ABŞ-da cərəyan edən məsələlərə nəzər yetirmək bəs edər ki, həqiqəti görəsən.
Məsələn Tramp seçkilərin nəticələrinə və yaxud məğlub olmasına etiraz edir. Eyni zamanda Tramp tərəfdarları da parlament binasına basqın edirlər. Məgər bu hərəkətlər yaxın keçmişdə Misirdə, yoxsa Türkiyədə və yaxud elə bayaq dediyim kimi Liviyada baş verənlərdən fərqlidirmi? Bəli fərqlidir. Çünki o çevriliş və ya çevriliş cəhdlərinin silahlı və qan tökülməsi bahasına başa gəldiyi halda, Vaşinqtondaki etirazlar silahsız sadə insanlar tərəfindən edilir. ABŞ iyirminci əsrdə Çili və Argentinada, iyirmi birinci əsrdə isə Venesuellada cevriliş cəhdlərini dəstəkləyib və bunu hazırda da davam etdirdiyi bir zamanda Misirdə xalqın iradəsi ilə  seçimlərdə qələbə çalan Məhəmməd Mursiyə qarşı silahlı çevriliş edən Sisini ölkənin legitim başçısı kimi tanıdı. Liviyada legitim Prezident qala-qala, Hafter terrorçubaşını Liviyanın mütləq rəhbəri kimi tanıyır.
Əmin olun ki, 2016-cı ildə Türkiyədəki hərbi xunta cəhdi heçə çıxmasaydı, o zaman ABŞ çevriliş yolu ilə iqtidara gələn hər kim olacaqdısa onu da Türkiyənin cümhur başqanı kimi tanıyacaqdı.
Hələ 2003-cü ildə İraqın o zamanki rəhbəri Səddam Hüseyini, ABŞ şəxsən silah gücünə hakimiyyətdən saldı və buna hüququ çatmadığı halda onu edam etdi. O gün, bu gündür ki, İraq bir dövlət olaraq hələdə özünə gələ bilmir. Bu ölkədə artıq savaşlar ən aşağı səviyyəyə, məhəllə, küçə savaşları səviyyəsinə qədər enib. Amerika oranı elə viran günə qoyub, elə talamayıb ki bu ölkə, yaxın illər ərzində də özünə gələ bilsin. Bəs indi nə oldu ki, o böyük, demokratik Amerika Trampın tərəfdarlarına və özünə qarşı belə dözümsüzlük nümayiş etdirdi? Axı Trampın sosial platformalardakı hesabları, profillərini niyə dondurdular? Bir sual da ortaya çıxır. Kim dondurdu? Kanqresmi Trampı sıxışdırmağa başladı? Yoxsa hansısa əl onun hesablarını dondurdu? Birinci sualın cavabı, söz azadlığı deyib, dünyanın gözünü çıxardan ABŞ dövləti bu yerdə Trumpın söz, ifadə azadlığını tapdaladı. Amerikanın bütün dünyaya diktə etdiyi demokratiya dəyərlərində bu cür etirazlar var. Hətta yuxarıda qeyd etdiyim kimi bunun daha sərt forması var. İndi isə bu dövlət Trampa qarşı sərt addımlar atmaqla yanaşı həm də, öz dəyərlərinə belə tüpürməkdən çəkinmir. Bəs niyə çəkinmədiyinin cavabı isə, məhz öz dövlətçilik ənənəsinin qorunması refleksidir.
 İkinci sualın cavabı isə bir az qəliz ola bilər. Ümumiyyətlə bu sualın cavabı tam ayrı bir mövzudur. Sadəcə haqlı olaraq sual yaranır məgər o böyük Amerikanın prezidenti bir iki sosial şəbəkənin ümidinəmi qalıb? Yoxsa bu cür platformalar prezidentə meydanmı oxuyur? Təbii ki, ABŞ prezidenti ABŞ-ın talehini həll etmir. Məhşur atalar sözü var, “yalanın ömrü qırx gün çəkər”. Əzəldən bəri soyğunçuluq və istilalarla zəngin tarixi olan dövlətlər, dünyanı öz demokratiya yalanları ilə aldadıblar. Əlbətdə bu yalanın ömrü illər çəksə də, Tramp və bənzərində bəzi Qərb dövlətlərində təmsil olunan iqtidarlar dünyaya ABŞ-ın və ümumiyyətlə Qərbin iç üzünü daha aydın şəkildə göstərərək onu ifşa edirlər.

MÜƏLLİFİN DİGƏR YAZILARI