AZƏR HÜSEYNOV

Bir daha bəzi məsələlər haqqında...

Bir daha bəzi məsələlər haqqında...

AZƏR HÜSEYNOV
Düşüncələr mahiyyət etibarilə hədəfləri müəyyən edirlər. Hədəflər yaxın və uzaq olurlar. Yaxın hədəflərin özü belə minimum 10 illikdir. Bu on il ərzində məmləkətimizdə ideoloji olaraq kimliyə dönmək lazımdır. Ki məmurların bir qisminin bulandırması, dövlət qurumlarının bir qisminin proqram funksiyasını yerinə yetirə bilməməsi bizi məhv etməsin.
Bu millətin inancına və tarixinə dönməsi lazımdır. Dövlətinin xarakterində də bu iki təməl qırmızı cizgilər olmalıdır. Bizi işğal edənlər nəyi vurdusa biz ona dönməliyik. 1813-1828-ci illərdə, 1920-ci ildə bizi işğal edən Rus İmperiyası ilk öncə inancımızı vurdu. Çünki bu inanc bizim milli dirənişin qaynağı idi. Bunun üçün rusa özənən, onun kanselyasirasında məmur olmağa sevinən insanlar yetişdirildi. Daha sonra sovet dövründə də bunları bizə maarifçi deyə təqdim etdilər. Inancımız yeni dünya düzənini var edəcəkdir. Artıq proses gedir. Belə bir ortamda inancımıza ilk öncə şüur və mənəvi boyutlarda dönmək lazımdır. İnancımız mentallığımızın bütün + lərinin yeganə mənbəyidir.
Daha sonra siyasi mirasımıza dönməliyik. Bu da ümumtürk dövlət tarixi mirasıdır. Bu miras da özlüyündə 1000-ci illərdən 1828-ci ilə qədər inancımızın şəmsiyyəsi altında olmuşdur. Mirasını dərin tutanın hədəfləri uzun olar. Bu iki şüuru budağını ülkü edən nəsillər yetişməlidir. Covid-19 liberalizmin əslində daha total bir despotizm doğurduğunun göstəricisidir. 1945 dən indiyə qədər Avropa istehlak cənnətini düz qoş edən sərmayə deyir ki, daha bəsdir. Yeni cəhənnəm başlayır. Elə məhdudiyyətlər gəlir ki, ən diktator rejimlər belə onu etməyibdir. Yediyinizi kefinizi burnunuzdan gətirmə zamanıdır. Alternativ fikir söyləmək olmaz.
Buna qarşı ayaqda durmanın bir yolu var yeni dünya düzəni səfflərində olmaq. Bunu idrak edəcək şəxslər öz intellekt və şüurları ilə dövlətin milli xarakter almasına xidmət etməlidirlər.

MÜƏLLİFİN DİGƏR YAZILARI