Deməli, 2006-cı ildə Azərbaycan AMEA Tarix İnstitutu da daxil olmaqla bir sıra elmi və tədris müəssisələrinə işə qəbul edilmək üçün məktub yazmışdım. Mənə institut rəhbərinin imzası ilə bizdə vakant yer yoxdur cavabı gəldi. Hansı ki, bu müəllim mənə dəsr demişdi. Mən də onun rəhbərlik etdiyi fakultənin bakalavr və magistr mərhələlərini fərqlənmə ilə bitirmişdim. İki il də Bakı Dövlət Universitetində dərs demişdim. O imtina məktubunu saxlayıram. İllər keçdi və mən bir sıra ali məktəblərə yenə müraciət etdim. Mənə bizdə vakansiya yoxdur cavabı gəldi. Deyirəm bəlkə saqqalımdan qorxmuşdular. Nə isə? Təhsil nazirliyindən gələn cavabda isə mənə deyilmişdi ki, ali təhsil müəssisələrindəki kadr məsələsi bizlik deyil, müəllim olmaq üçün isə imtahan verin.
Nə isə. Bu yaxınlarda Azərbaycan AMEA Tarix İnstitutu bir elan vermişdi. Mən də getdim sənədlərimi verdim. Əlqərəz vaxtilə mənim diplom rəhbərim olan institut rəhbəri işə namizədlərlə görüşəndə ( hansı ki, diplom rəhbərim olub bakalavrda) dedi ki, yox e yaşın çoxdur. Ailəndə də dörd uşaq var. Bəs bu necə olacaq. Dedim ki, əziz müəllim sizin bu rəhbərlik etdiyiniz müəssisədə bir iki nəfəri çıxmaq şərtilə ərəb farsca oxuyub anlayan yoxdur. Mən heç olmazsa lüğətlə falan bir təhər çulumu sudan çıxardıram.
Bir də 26 yaşımda gəldim yox, 42 yaşında da yox. Bir də humanitar və iqtisadi elmlər sahəsində ortada cövlan etmək istəyən çox namizəd və doktorlar var ki, məni görəndə rəngləri solur. Özləri bilir nə üçün.
İndi gəlirəm məğzə bizdə elmi müəssisələrin əksəriyyəti bəzi dəyərli alimləri istisna etməklə tamamilə cizgi filmini və onların personajlarını xatırladırlar.
Bir dəfə də bir dostumuzun bir elmi müəssisədə məqaləsini götürmədilər ki, mövzunu əhatə etməyibdir. Həmin müəssisənin elmi kollektivinə bəzi istisnalarla deyirəm ki, sizin özünüz ümumiyyətlə elmin esini əhatə etməmisiniz. İndi hərdən mənim əziz dostum və başqanım Tural Abbaslını populizmdə ittiham edənlər sizin əksəriyyətiniz bu cizgi filmini xatırladan yerlərdə namizəd və doktor olmusunuz. Hə bəziləriniz isə xaricdə keçdiyiniz kursları burada Oksford, Kembric təhsili kimi haqq hesaba basırsınız. Halbuki dərin zəka və eləcə də həqiqətən ciddi elmi fikirlər baxımından siz bir heçsiniz. Bir ölkədə elmi müəssisələr cizgi filmini xatırladırsa ( bəzi möhtərəm alim və tədqiqatçıları istisna edirəm) o ölkə çətin düzələ. Ey tarixçilər, elə sizdən başlayaq, orta əsrlərdən yazanlar, hansı biriniz bəzi istisnaları yenə qeyd edirəm ərəb farsdan, dini-islamdan anlayış sahibisiniz. Orta əsr dedin dini-islam, ərəb və farsı bilmə zərurəti dedin. Ona görə hər kəs yerini bilsin!