AZƏR HÜSEYNOV

Gürcüstan haqqında fərqli rakurs

Gürcüstan haqqında fərqli rakurs

AZƏR HÜSEYNOV
Bakı Tbilisi Ceyhan xətti dövrün reallıqlarını əks etdirirdi. Azərbaycan Prezidenti Heydər Əliyev bunu Rusiya təzyiqini balanslaşdırmaq üçün seçmişdi. Zatən Ermənistan və Iran variantları mümkün deyildi. BTC-nin qarantlarından biri ABŞ idi. ABŞ bizim karbohidrogenlərin bu yoluna nəzarəti əlinə aldı. Amma indi durum dəyişib. Zəngəzur yolu açılarsa ABŞ-ın qarantörlüyünə ehtiyac qalmayacaqdır. Bu Böyük Britaniyanın da marağındadır. Zəngəzur yolu açılarsa Türkiyəyə də çoxlu gəlir gətirəcəkdir. Bu Gürcüstana ziyandır. Gürcüstan isə Qafqazda "Amerika cənnətidir". Tranzit əhəmiyyəti düşərsə vəziyyəti pis olar. Amerika son qalasını itirər. Buna doğru da gedir. O zaman "əgər çıxıramsa bölgədə yeni problem qoyum" deyə bilər. Ruslar naz eləsə də onların da maraqları Zəngəzur məsələsində təmin ediləcək. Sadəcə Türkiyədə Ərdoğan hökümətinin iqtisadi amerikancı sabotajdan salamat çıxması lazımdır. Ki, bölgə dəyişsin.
Təbii bunlar ehtimaldır.

MÜƏLLİFİN DİGƏR YAZILARI