EY ÖLKƏMİN SUSAN VİCDANLARI!
İmran xan: “Dünyanın ən yaxşı lideri Peyğəmbərimizdir (s). O, insanların mənəviyyatını, əxlaqını yüksəltdi”.
Zelenskiyə görə biri-biri ilə dostluq və düşmənçilik quran yurddaşlarım. Zelenski türk və müsəlman qatili Filiki Eterya adlı yunan təşkilatını vəsf edir. Amma eyforiya imkan vermir ki, siz bunu dilə gətirəsiniz. Trendə uyğun deyildir axı. Trend dünya parlamentlərinə durmadan xitab edən (ki, bu özü də qəribə qlobbalist bir layihədir, zaman gələr bu haqda da yazarıq Allahın izni ilə) Zelenskiyə qarşı söz demək olmaz axı. Nə danışırsan, adam qəhrəmandır. Baxmayaraq ki, bəyan etdiyi bütün ideallardan çəkildi. Ölkənin yarısı məhv edildi və NATO-ya girməmə öhdəliyi də götürür. Ukrayna xalqının qəhrəman dirənişi sadəcə olaraq qloballistlərin planlarını pozdu. Bu qloballist güruh indi xalqın fəaliyyətinə oynayır. Nə isə özünüz bilin.
Bu Zelenskinin türk müsəlman qatili Filiki Eteryanı vəsf etməsini də görməzdən gəlin. Əsas odur ki, siz İmran xanın istefaya göndərilməsinə səs çıxartmayın. Təbii ki, dəliliniz də yanınızdadır. İmran xanı sivil uzaqlaşdırırlar. Zatən son zamanların imperialist müdaxilələri sivil olur. Nə olsun ki, İmran xan höküməti Azərbaycanı dəstəklədi. Nə olsun? Əsas Zelenskidir. Bu arada Zelenski ilə Ukrayna xalqı mənim üçün bir deyil. Hazırda qəhrəmandır bu xalq. Amma bu xalqın kazakları bir zaman Osmanlı sultanına da "çort" deyə bilənlər olubdur. Bunu da unutmaq bir türk və müsəlman olaraq mənə yaraşmaz. Necə ki, Rusiyanın 1828-ci ildə başlayan işğalını unutmaq olmaz mənə. Bu arada Nadir şah yadıma düşdü. Müsəlmanları və türkləri barışdırmağa cəhd edən Nadir şah. Haqqında ən az bildiyimiz şəxs. Bir də ey ölkəmin susan vicdanları İmran xan bizim dostumuzdur. Ölkə olaraq.
İndi mən sizə bir söz deyim yurddaşlar. Mənim üçün Avroatlantik inteqrasiya fəlsəfəsi üzərində neoimperializm də dost deyildir. Velkoderjav Rus imperializmi də dost deyil. Sasani gizli fikri də dost deyildir. Mənim dostum həm türk dünyasının, həm də müsəlman ümmətinin fikir dünyasının məhsulu ülkülərimiz və ədalət düzəni aruzusudur.