Dostlar, insan harada təhsil alırsa alsın, nə qədər bacarıqlı və qabiliyyətli olursa olsun, nə qədər yüksək vəzifə tutursa tutsun, bir həqiqəti anlamalıdır ki, bu dünya həyatının sonu var. Kimsənin müdaxilə edə bilməyəcəyi, yalnız HAQQIN üstün olacağı bir “məhkəmeyi-kübra” (böyük məhkəmə) var və heç şübhəsiz ki, oraya çıxıb, kiçik-böyük bütün etdiklərinə görə hesabat verəcək! İrfanın aradan qalxdığı, mənəvi dəyərlərin ayaqlar altında tapdalandığı, insanları tükənmək bilməyən, arzu və istəkləri ilə sərbəst buraxıldığı və ən başlıcası REJİMİN / SİSTEMİN ÇÜRÜK və onillərdən bəri CƏZASIZLIĞIN HÖKM SÜRDÜYÜ bir cəmiyyətdə hələ belə hallarla çox qarşılaşacağıq.
Niyə də yox? Bir insanda axirət inancı yoxdursa, halal-haram bilmirsə, hesab verəcəyinə inanmırsa, vicdan süqut edibsə, ədalət hissini itiribsə, şəfqətdən əsər-əlamət yoxdursa və oturduğu məqama/vəzifəyə xalqa xidmət məqamı kimi deyil, talama mexanizminin bir parçası kimi baxırsa, sistem özü buna bu şəraiti yaradıbsa, cəza olmayıbsa.., nə üçün bu da talamasın? Nə üçün axirətdəki inanmadığı cənnəti bu dünyada qurmasın???
Bu tənliyi və ya düsturu riyazi olaraq belə ifadə edə bilərəm:
Mənəviyyatsızlıq+Çürük Sistem=Bu günkü DURUMUMUZ!
Ona görə, əziz xalqım, isimlərdə, adlarda ilişib qalmamalıyq! Xəstəliyin düzgün diaqnozunu qoymasaq və düzgün müalicə aparmasaq, bu hal necə gəlib, elə də gedəcək! Hələ çox Villiamlar, Mahirlər, Nizaməddinlər... və sairlər OLACAQ! Özümüzü aldatmayaq!
ALLAH yar və yardımçımız olsun!
Ramin Əbilov. Ağ Partiya başqanının müşaviri