RAMİN ƏBİLOV

Ramil Səfərov barəsində deyilənlərə cavab!

Ramil Səfərov barəsində deyilənlərə cavab!

RAMİN ƏBİLOV

Dostlar, namussuzdan namus, riyakardan səmimiyyət, dələduzdan dürüstlük, Vətən Xainindən Vətənə, Dövlətə və Bayrağa sevgi ummaq və tələb etmək, ölüdən can istəmək və ayağa qalxıb yeriməsini gözləmək qədər absurddur!

Əvvəllər Mübariz İbrahimova cinayətkar deyən zehniyyət və zavallılar, indi də Ramil Səfərovu cinayətkar adlandırırlar. Əslində bu tiplərin zamanında (ilanın başı yuvasındaca əzilsəydi) qarşısı alınsaydı bu gün belə qol-budaq atmazdılar. Amma olsun, görünür budamaq işinə biz milli-mühafizəkar kəsim baxmalı olacaq. Bunlara insan deməyə belə adamın dili gəlmir. Bunlar olsa-olsa havaya hürən vəya hürdürülər köpək sürüsündən başqa bir şey deyillər! Bu zavallıların çoxu etiraf edir ki, milli-mənəvi dəyərlərin nə olduğunu anlamırlar. Vətən və bayraq isə dəyərdir! Bu liboş tayfası, materializmə özlərini elə qapdırıblar ki, yalnız MƏNFƏƏT olan yerdə nəyisə “dəyər” kimi qəbul edirlər. 

Bir də, fikir o zaman dəyərli olur ki, onu söyləyən özü dəyərli, aqil və HÜRR insan olsun! Bu zatı qırıqlar isə, ağıllarını ipotekə vermiş, xüsusi çəkiləri isə sıfıra yaxın olanlardır (kimya dilində desək qazlar kimi). Məsələ HÜRR olmağa gəldikdə isə, ipi başqasının əlində olan HÜRR OLA BİLMƏZ, hürə bilər, hürdürülə bilər. 
Vətən sevgisi ya imandan olar, ya Vətəni ANA bilməkdən doğar, ya da Vətəni MƏNƏVİ DƏYƏR bilməkdən irəli gələr. Bu ikiayaqlı canlılarda nə imandan əsər əlamət var, nə bu vətəni özlərinə ana bilmirlər, nə də mənəvi dəyərin nə olduğunu qavramırlar!

Və bunların sürü olması da bizləri heç narahat etmir. Çünki, köpəklər, qoyunlar sürü ilə, ASLANLAR tək-tək dolaşar. Qaranquşlar dəstə-dəstə, QARTALLAR tək-tək uçar! Mübarizlər, Fəridlər, İdrislər, Ramillər bu vətənin ASLANLARI və QARTALLARIDIRLAR!

Ramil Səfərovu bu vətən, bu dövlət və bu millət özünün QƏHRƏMANI hesab edir! Bu məsləyə başqa rəng verənlər isə, ya bu vətənin övladları deyil (avropa çocuklarıdır), ya başqa dövlətlərin içimizdə olan maşalarıdır, ya da özlərini bu millətdən hesab etmir! Dolayısı ilə sapı özümüzdən olan baltalardır bunlar!
Bu arada, bütün ziyalıları, cəmiyyətdə nüfuz sahiblərini və bir sözlə əli qələm, dili söz tutan hər bir vətənsevəri bu məsələdə mövqe sərgiləməyə çağırıram. 

ALLAH vətənimizi, dövlətimizi və millətimizi sapı bizdən olan baltalardan qorusun!


Ramin Əbilov. Ağ Partiya başqanının müşaviri

MÜƏLLİFİN DİGƏR YAZILARI