İlk növbədə onu qeyd etmək istərdim ki, Ramazan ayı Qurani-Kərimin nazil olduğu ay olması cəhəti ilə, özü özlüyündə mübarək aydır. Mübarək olması səbəblərindən biri də odur ki, Ramazan ayı Quranın ixtiva etdiyi (içinə aldığı) və buyurduğu qardaşlıq, mərhəmət, şəfqət, səbr, dayanışma, yardımlaşma, günahlardan çəkinmə..... və sair xüsusların, məhz bu ayda daha çox özünü göstərməsi, buna açıq-aşkar dəlillərdəndir.
Həqiqi oruc tutmaq bildiyimiz kimi, sübhdən axşama qədər yalnız yemək-içməkdən imtina etməkdən, ac-susuz qalmaqdan ibarət deyil. Təbii ki, orucun içində bu da var. Sadəcə bilməyimiz vacibdir ki, ALLAHIN (C.C.) buyurduğu, bəyəndiyi, razı qaldığı da, mənz həqiqi oruclu olmaqdır. Həqiqi oruclu olamaq, insanın bütün bədən üzvləri ilə oruclu olmasıdır. Başqa sözlə desək, gözlərini harama baxmaqdan, dilini yalan danışmaqdan, söyüş söyməkdən, pis ifadələrdən və qiybətdən, qulaqlarını da qiybət və pis ifadələr dinləməkdən, əllərini harama uzatmaqdan, ayaqlarını haram yola getməkdən qoruyan, duyğularına, hisslərinə və düşüncələrinə belə sədd çəkən, kontrollu davranandır əsl oruclu olan. Yəni, oruc tutan bir müsəlman, ALLAHIN (C.C.) sair vaxtlarda bizə əmr etdiyi və yasaqladığı məsələlərdə Ramazan ayında daha ciddi olmalıdır.
Ramazani Şəriftəki orucun bir çox hikmətləri var. Bunlardan həm ALLAHIN (C.C.) Rububiyyətinə (bizim sahibimiz və tərbiyyə edənimiz olmasına), həm insanın istər içtimai həyatına, istər şəxsi həyatına, istər nəfsin tərbiyyəsinə, istərsə də İlahi nemətlərin anlaşılması və şükrünə baxan hikmətlərini sadalamaq, misal göstərmək olar.
Oruc, Rəbbimizin bizə qarşı nə qədər Rahim (mərhəmətli), Şəfiq (şəfqətli), Kərim (ikram edən), Munim (nemətləndirən), Muhsin (ehsan edən).... və sair, ən önəmlisi isə Rəzzaq (ruziləndirən) olduğunu bizə ən gözəl tərzdə göstərir, hiss etdirir. Yəni oruc tutan, ağıl sahibi birisi, aclıq səbəbi ilə bir anlıq düşünür: “Bizi yaradan, Xaliqimiz olan ALLAH (C.C.) bizə susuzluq hissini verib, suyu yaratmasaydı, mədəmizə aclıq hissini verib, bu qədər nemətləri yaratmasaydı, halımız necə olardı?” Və bu təfəkkür səbəbi ilə, Rəbbimizin yuxarıda sadalanan gözəl isimlərini mükəmməl şəkildə idrak edir. Eləcə də, həqiqi mülk sahibi (Malik), külli məxluqatı yaradan (Xaliq), ruziləndirən (Rəzzaq) və həyatını davam etdirən (Qayyum) ALLAHIN (C.C.) olduğunu anlayır. Çünki, başqa vaxtlarda, insanlar qəflət pərdəsi altında və səbəblər dairəsində, o vəziyyətin ifadə etdiyi həqiqəti tam görə bilmir. Bəzən isə ülfət (adiləşmə halı) səbəbi ilə nemətlərin nemət olduğunu unudur. Həm də, əksər vaxtlarda, məcbur qalmadığı müddətcə, insanların əksəriyyəti həqiqi aclığı hiss etmədikləri üçün, bir çox nemətlərin qiymətini dərk edə bilmirlər. Ac qaldığımızda isə, sadəcə çörəkdən, pendirdən, tərəvəzdən aldığımız ləzzət, sair tox olduğumuz vaxtlara nəzərən, dəfələrlə yüksək olur. Və beləcə, ən zəngin insandan tut, ta ən kasıb insana qədər hər kəs Ramazanda o nemətlərin qiymətini anlamaqla, bir mənəvi şükrə nail olur. Deməli, oruc bizə aclıq vasitəsi ilə bir daha nemətin, nemət olduğunu hiss etdirir və bizi şükrə təşviq edir. ALLAHIN (C.C.) da bizdən istədiyi, verdiyi nemətlərə qarşılıq, şükürdür. Çünki insan, zahiri səbəblərə bir qiymət verir və ya vermək zorunda qalır. Lakin, əsla unutmamalıyıq ki, o nemətlərin həqiqi sahibi, onları heçdən-yoxdan var edən və bizə inam edən (Münim) ALLAHDIR (C.C.) və həqiqi şükrə layiq olan da Odur! Oruc isə, insanın Rəbbinə qarşı həqiqi insanlıq vəzifələrindən biri olan şükrün açarı rolunu oynayır. Ramazanda tutulan oruc isə, oruc tutanların sayına və miqyasına görə, həqiqi və xalis, əzəmətli və ümumi bir şükrün açarı olur.
Ramazan orucunun nəfsin tərbiyəsi cəhətindəki rolu və hikməti. İnsan nəfsi özünü hürr və sərbəst zənn edər və elə olmasını istəyər. Hətda gizli bir “ALLAHLIQ” iddiası da olar. Yəni nəfs insandakı ağlı, qəlbi, ruhu, bütün orqanları, duyğu və hissləri özünə tabe etmək istər. Xüsusən də, dünyada sərvət və iqtidari da varsa, qəflət də yardım etmişsə, o zaman bütün-bütün qəsbkarcasına, halal-haram demədən, ALLAHIN (C.C.) nemətlərini canavar kimi utar. Lakin, iman vasitəsi ilə, Ramazanda ən zəngindən ən kasıba qədər, hər kəsin nəfsi anlar ki, malik deyil, XALİQİN/YARADANIN mülkündə istifadəçidir. Tam hürr və azad deyil, Rəbbinin quludur. Yəni anlar ki, onun azadlığı, Rəbbinin çizdiyi sərhədlər daxilindədir.
Ramazani Şəriftə iman əhli həm də müntəzəm (intizamlı), əmrə müntəzir (əmr gözləyən) bir ordu vəziyyətin alır. Belə ki, O, Əzəl və Əbəd Sultanı olan ALLAHIN (C.C.) gün boyu əmrinə itaət edərək, axşama yaxın “Buyurunuz” əmrini gözləyirlər kimi, bir ibadət və itaət halını nümayiş etdirərək, o şəfqətli, xaşmətli və külliyətli rahmaniyyətə qarşı, geniş, əzəmətli və intizamlı bir ibadətlə müqabilə edərlər.
Orucun insanın içtimai həyatına baxan cəhətinə nəzər salaq. Bildiyimiz kimi, insanlar cəmiyyətdə məişət cəhətindən və sosial durumuna görə müxtəlifdirlər. Haqq olan ALLAH (C.C.) bu müxtəlifliyin dərinləşib cəmiyyətdə ixtilafa dönüşməməsi üçün, zənginləri kasıblara yardım etməyə dəvət edir, buyurur. Halbuki zənginlər, kasıb və yoxsulların acınacaqlı hallarının tərkib hissəsi olan aclığı, orucdakı aclıqla tam hiss edə bilirlər. Əgər oruc olmazsa, nəfispərəst çox zənginlər ola bilər ki, açlıq və yoxsulluq nə qədər ağır bir durum olduğunu heç anlamazlar. Hələ-hələ də, əgər həyatında aclıq və yoxsulluq görməyibsə. Belələri həm də, ac və yoxsul insanların nə qədər şəfqətə və mərhəmətə möhtac olduqlarını bilməzlər. İnsanda həmcinsinə qarşı şəfqət isə, həqiqi şükrün bir əsasıdır. Həqiqi şükür, tək dil ilə ifadə olunan zahiri şükür deyil, ALLAHIN (C.C.) bizə bəxş etdiyi maddi-mənəvi nemətləri ehtiyyacı olanlarla paylaşmaq, bölüşməkdir. Demək oruc, insana aclığı yaşatmaqla, ac və yoxsul insanlara qarşı şəfqət hissini oyadır. Və zənginləri, bu şəfqət və mərhəmət hissi vasitəsi ilə, kasıb və ehtiyaclı insanlara yardım etməyə təşviq edir. Bu isə, dediyimiz kimi, orucun insanın içtimai həyatında, şəfqətin, mərhəmətin, yardımlaşmanın və paylaşmanın yayılmasında mühüm rol oynayır.
İslam alimləri, dinin mənəvi tərəflərini izah edərkən, onun yarısının şükür digər yarısının isə səbr olduğunu ifadə etmişlər. Ramazan orucu insanı şükrə təşviq etdiyi kimi, həm də səbr etməyi öyrədir. Ki, bu da həyatımızda çox önəmlidir. Çünki insanların böyük əksıriyyətinin başına gələn bəla və müsibətlərin kökündə əsasən şükürsüzlük və səbrsizlik durur. Şükürsüz insan həm ALLAH (C.C.) qatında dəyərdən düşür, həm öz həyatını mənəvi cəhənnəmə döndərir. Şükürsüzlük, qane olmayan, gözü və nəfsi doymaq bilməyən insanların xüsusiyyətidir. Bu isə öz növbəsində insanı insanlıqdan çıxarır, insanı ALLAHIN (C.C.) deyil, nəfsinin quluna və köləsinə çevirir.
Səbr də şükür kimi insanı ali mərtəbəyə ucaldan xaslətdir. Bu gün həbsxanalara və qəbirsanlıqlara baxsaq, görərik ki, oradakı insanların əksəriyyətini, ya günahlara qarşı səbr etməyənlər (içki, uyuşdurucu, narkotik, oğurluq və s.), ya da müəyyən hadisələr qarşısında səbr etməyib gənclik hissiyatı ilə davrananlar təşkil edir.
Ramazan orucu isə, ALLAHIN əmrinə boyun əyməklə yanaşı, həm də insana səbr etməyi öyrədir.
Bir sözlə ORUC həm ibadət, həm şükrə və səbrə təşviq, həm insanda acıma və şəfqət hissini oyadan bir vasitə, eləcə də insan vücudunun həm maddi, həm də mənəvi zəhərlərdən arındıran bir mexanizmdir! Əcəba, insanlarda bu cür saf, sağlam, sevgidolu və qarşılıqsız itaət mexanizmini aşılayan başqa bir dünyəvi ideologiya varmı? Elə bir ideologiya ki, onun nəzarətçisi qəlblərdə olsun, cərimə, cəza və həbs qorxusu ilə olmasın? Elə bir nəzarətçi ki, daim bizi yaradan Rəbbimizin razılığını və sevgisini qazanmağa yönəldir. Yönəldir ki, Onun rəhmətindən, mərhəmətindən, lütfündən, inayət və kərəmindən məhrum olmayaq.
ALLAH bizlərə Ramazanı Şərifi idrak etməyi və sair vaxtlarda da o şüurla yaşamağı nəsib etsin. ALLAH yar və yardımçımız olsun.
AĞ Partiya başqanın müşaviri Ramin Əbilov