RAMİN ƏBİLOV

"Şəhidlər miskin evlərdən çıxır" deyənlərə cavabım var...

"Şəhidlər miskin evlərdən çıxır" deyənlərə cavabım var...

RAMİN ƏBİLOV
Dostlar, az öncə, dəyərli jurnalistimiz, "Xural TV"-nin rəhbəri Əvəz Zeynallının səhifəsində sual olaraq qoyduğu "Niyə bütün Şəhid evləri belə sadə, təmtəraqsız, bir az miskin, bir az dağınıqdır?! Niyə?!!!" yazısını gördüm. İçimdən gələn, cavabən yazdığım yazını sizlərlə paylaşmaq istəyirəm.

Əziz xalqım, hər şeyin zahiri ilə batini (içi, əsli) fərqli oduğu kimi, çox dəyərlər və gözəlliklər var ki, sadə zəmindən südur edər, meydana gəlir.
Qara torpaq da, ayaqlarımız altında sərilmiş, nə qoxusu, nə dadı kimi isə cəlb etmir, nə də sadə torpaqda bir gözəllik yoxdur. Lakin, ALLAH bu səbəblər aləmində, bütün gözəllikləri (çiçəkləri, ağacları və bütün nəbatan aləmini, bizim və heyvanatın həyatı üçün zəruri olan qida məhsullarını) məhz, baxdığımız vaxt doyduğumuz qara torpaqdan çıxarır.

Eləcə də, çox, zahirən sadə və miskin görünən evlər olub və vardır ki, bu vətənə minlərlə ziyalı, alim və həqiqi vətən oğulları yetişdirib, o cümlədən ŞƏHİDLƏRİMİZİ də.
Neçə-neçə üstü süs, içi pis. Zahiri abad, mahiyyəti bərbad evlər və ailələr var ki, nə özləri üçün, nə də bu vətən üçün NORMAL və HƏQİQİ ÖVLAD yetişdirə bilmir.
Zaman, zəmin və dil çox önəmlidir bir çox məsələlərdə.

ALLAH bu Vətəni və bu Dövləti həqiqətən düşünən və bu yolda çalışan, həqiqi vətən övladlarımızın sayını artırsın.

Yol uzun, yük ağır, məsələ çox həssasdır.

ALLAH yar və yardımçımız olsun.

MÜƏLLİFİN DİGƏR YAZILARI